Cənubi Qafqaz
Makronun Qarabağla bağlı dediklərinə Moskvadan reaksiya: Elə təəssürat yaranır ki...
Fransa prezidenti Emmanuel Makronun Qarabağ nizamlanmasındakı rolu ilə bağlı bəyanatları dəstəklənmir.
Publika.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinq zamanı deyib.
"Bu cür bəyanatlardan sonra adamda belə bir təəssürat yaranır ki, prezident Makron təvazökarlıqdan uzaq biridir. O çox pafoslu danışır”, - Zaxarova bildirib.
"Təəssüf ki, Makron belə səmərəli işin praktiki nəticələri barədə heç nə deməyib", - rusiyalı diplomat əlavə edib.
Qeyd edək ki, bir müddət əvvəl ARF Daşnaksütyun partiyası Fransa prezidenti Emmanuel Makronun Marseldə nüfuzlu erməni dairələri ilə görüşünün təfərrüatları barədə məlumat yayıb. Məlumata görə, Fransa lideri xüsusilə Əliyevə Paşinyandan daha çox təzyiq etdiyini bildirib. Daha sonra Azərbaycan Xarici İşlər Nazirliyi Fransa dövlətinin başçısını Bakıya qarşı qərəzli münasibətdə ittiham edib.
Mehti Kamiloğlu
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22 Oktyabr 22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı
-
Magazin122 Oktyabr 21:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal22 Oktyabr 21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
































