Ermənistan Azərbaycandan qaz ala bilər - Vardanyan AÇIQLADI
Bizi izləyin

Cənubi Qafqaz

Ermənistan Azərbaycandan qaz ala bilər - Vardanyan AÇIQLADI

Ermənistan Azərbaycandan qaz ala bilər - Vardanyan AÇIQLADI

“Ermənistan ölkələrimiz arasında siyasi fikir ayrılıqlarını aradan qaldırdıqdan sonra Azərbaycandan qaz almağa hazırdır”.

Publika.az xəbər verir ki, bu sözləri Tbilisi Beynəlxalq İpək Yolu Forumu çərçivəsində Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Akop Vardanyan deyib.

“Münaqişəyə görə Azərbaycandan Ermənistana qaz və elektrik enerjisinin verilməsinin dayandırılması Ermənistanın qaz və elektrik sistemi üçün sarsıdıcı hadisə oldu. O vaxt biz Azərbaycandan qaz alırdıq, sonra isə ölkəmizi qazla təchiz etmək üçün Gürcüstan ərazisindən yeni qaz kəmərinin tikintisinə başladıq. Ümid edirəm ki, regionumuza sülh gələcək və biz o günlərdə olduğu kimi, yenə əməkdaşlıq edib enerji sistemlərimizi şaxələndirə biləcəyik”, - Vardanyan öz fikrini bölüşüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm