Cənubi Qafqaz
Tramp Paşinyana zəng edib? – İrəvandan “xarici müdaxilə” açıqlaması
ABŞ prezidenti Donald Tramp və Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olduğu haqda məlumatlar yayılıb.
Publika.az xəbər verir ki, "X" sosial şəbəkəsində yayılan məlumatlarda Trampın “Truth Social” platformasında paylaşım etdiyi iddiasına istinad olunur.
Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan isə bu məlumatın yalan olduğu haqda açıqlama yayıb.
“Sizə bildirmək istəyirəm ki, belə bir telefon danışığı olmayıb. Ermənistanın baş naziri Nikol Paşinyanla ABŞ prezidenti Donald Tramp arasında bu cür müzakirələr aparılmayıb. Yayılan məlumat yalandır, həqiqətə uyğun deyil. Bu iddia məlumatların manipulyasiyası və xarici müdaxilə əlamətləri daşıyır. Xüsusilə yayılma metodologiyasını – "X" şəbəkəsində birdən çox hesab tərəfindən oxşar və ya bir-biri ilə əlaqəli ifadələrlə yayılması, eləcə də təsdiqlənməmiş mənbəyə əsaslanması – nəzərə alsaq, biz bunu əlaqələndirilmiş məlumat manipulyasiyası hesab edirik. Biz medianı, ictimai xadimləri, sosial media istifadəçilərini, xüsusilə milli təhlükəsizlik, Ermənistanın xarici siyasəti və regional sabitliklə bağlı təsqiqlənməmiş məlumatları yaymaqdan çəkinməyə çağırırıq”, - Paşinyanın sözçüsü “Facebook” hesabında paylaşım edib.
Asif
-
İdman20:55“Sabah” “Slaviya”ya qarşı - CANLI/YENİLƏNİR
-
Art19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO
-
İnanc18:36“Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm” - VİDEO
-
Magazin118:24“Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz”
-
Nida Təhlil 17:00Məktəbli forması şəxsi seçim deyil, ümumi qaydalarla tənzimlənməlidir - Professor
-
Dünya15:32Bu ehtiyatlar da yoxa çıxır: Dünyanın daha bir ciddi ərzaq böhranı gözləyir
-
Dünya13:38Rusiya geri çəkildi, bu bazarı Türkiyə tutur
-
Rəsmi xronika11:02İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü oldu



































