Cənubi Qafqaz
Qazaxıstan Gürcüstanla ANLAŞDI: Çin sərhədindən başlayaraq...
Gürcüstan və Qazaxıstan Orta Dəhlizin inkişafı və səmərəliliyinin artırılması ilə bağlı saziş imzalayıb.
Publika.az xəbər verir ki, sənəddə dəhliz üzrə infrastrukturun inkişafı və nəqliyyat daşımalarının səmərəliliyinin artırılması istiqamətində yeni tədbirlər müəyyən edilib. Bu, həmçinin dəmir yolunda təhlükəsizliyi artıracaq, qlobal ticarət və nəqliyyatda Gürcüstan və Qazaxıstanın gələcək mövqelərinə müsbət təsir göstərəcək.
Qeyd edilib ki, 2022-2027-ci illər üçün Yol Xəritəsi 2022-ci il noyabrın 25-də Transxəzər Nəqliyyat Dəhlizinin inkişafı məqsədilə Gürcüstan, Qazaxıstan və Azərbaycan nümayəndələri arasında Aktauda keçirilən görüşdə imzalanıb.
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu 2014-cü ilin fevralında Azərbaycan, Qazaxıstan və Gürcüstanın dəniz və dəmir yolu nəqliyyatı sahəsində aparıcı müəssisələrinin iştirakı ilə yaradılıb. Dəhliz marşrutu hazırda Çin sərhədindən başlayaraq, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan vasitəsilə Avropaya uzanır.
2022-ci ilin iyununda Türkiyə, Azərbaycan və Qazaxıstanın xarici işlər nazirləri üçtərəfli və regional əməkdaşlığın artırılması, Xəzər dənizi üzərindən Yaxın Şərq-Qərb dəhlizinin potensialının inkişaf etdirilməsi barədə razılığa gəliblər. Türkiyə Gürcüstanın tranzit marşrutunun bir hissəsi kimi dəhlizə daxil edilməsi təşəbbüsü ilə çıxış edib.
-
Ekologiya13:40Kür geri çəkilir - Nə baş verir?(VİDEO)
-
Magazin213:09Məşhur aktrisa çarpayıda büsqalterlə poza verdi - FOTOLAR
-
ABŞ12:45Səfir Trampa sui-qəsd zamanı selfi çəkdi - FOTO
-
Avropa12:12Kallas Trampa qarşı sui-qəsdi "qorxu meydanı"na bənzətdi
-
Ekologiya11:51Azərbaycanın bu ərazilərinə qar yağdı - FAKTİKİ HAVA
-
ABŞ10:37Trampın qatıldığı tədbirdə atəş açanın əsas hədəfi onlar olub
-
Digər09:32Modidən ABŞ-dakı atışmaya reaksiya: "Xəsarət almadıqlarını öyrənəndə rahat oldum!"
-
İdman06:46Ulduz tennisçi atasını hər kəsin gözü qarşısında alçaltdı - VİDEO






































.png)