Cənubi Qafqaz
Rusiya ordusu Ermənistanda HƏRƏKƏTƏ KEÇDİ, QIRICILAR HAVALANDI
Rusiyanın Cənub Hərbi Dairəsinin (HRD) Ermənistandakı hərbi bazasının antiterror qrupunun hərbçiləri təlimlər çərçivəsində Gümrü qarnizonu ərazisində şərti düşmənin hücumunu dəf ediblər.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, şərti terror qruplaşması təlim keçirmək məqsədi ilə qarnizonun ərazisinə soxulmağa cəhd edib.
Hərbçilər döyüş maşınının atəşinin dəstəyi ilə şərti düşmənin diversiya-kəşfiyyat qrupunu zərərsizləşdirib, həmçinin avtomobil texnikasının partlayıcı qurğularına və ətraf ərazilərə baxış keçirib.
Mənbənin sözlərinə görə, döyüş vəziyyətinin yaradılması üçün müxtəlif simulyasiya vasitələrindən, o cümlədən qeyri-döyüş sursatlarından, tüstü və səs-küylü qumbaraatanlardan istifadə edilib.
Həmçinin qeyd edilir ki, CHD hərbi bazasının əməliyyat-taktiki aviasiyasının "MiQ-29" çoxməqsədli qırıcılarının pilotları Ermənistan səmasında təlim uçuşları həyata keçirib.
Hərbçilər gündüz və qaranlıq vaxtlarda müxtəlif yüksəkliklərdə tək və cüt-cüt döyüş maşınlarının manevr edilməsi də daxil olmaqla müxtəlif tapşırıqları yerinə yetirmək üçün marşrutlar üzrə uçuşlar həyata keçiriblər.
Təlim uçuşları zamanı pilotlar sadə, mürəkkəb və təkmil akrobatik elementlərin performansını da təkmilləşdiriblər.
Rusiya Hərbi Hava Qüvvələrinin aviabazasının uçuşlarına 120-dən çox hərbçi, 20-yə yaxın hərbi və xüsusi texnika cəlb olunub.
Hüseyn İbadlı
-
Ekologiya13:40Kür geri çəkilir - Nə baş verir?(VİDEO)
-
Magazin213:09Məşhur aktrisa çarpayıda büsqalterlə poza verdi - FOTOLAR
-
ABŞ12:45Səfir Trampa sui-qəsd zamanı selfi çəkdi - FOTO
-
Avropa12:12Kallas Trampa qarşı sui-qəsdi "qorxu meydanı"na bənzətdi
-
Ekologiya11:51Azərbaycanın bu ərazilərinə qar yağdı - FAKTİKİ HAVA
-
ABŞ10:37Trampın qatıldığı tədbirdə atəş açanın əsas hədəfi onlar olub
-
Digər09:32Modidən ABŞ-dakı atışmaya reaksiya: "Xəsarət almadıqlarını öyrənəndə rahat oldum!"
-
İdman06:46Ulduz tennisçi atasını hər kəsin gözü qarşısında alçaltdı - VİDEO






































.png)