Cənubi Qafqaz
HƏMAS-ı məhv etmək tapşırığı 10 faiz TAMAMLANDI - Təl-Əvivdə 3 plan hazırlanır
"İsrail Fələstinin HƏMAS hərəkatını məhv etmək tapşırığını 10 faiz tamamlayıb".
Publika.az xəbər verir ki, bunu "İsrail Hayom" qəzetinə adını açıqlamayan yüksək rütbəli İsrail rəsmisi bildirib.
Onun sözlərinə görə, İsrail HƏMAS-ı devirmək məqsədinə çatmaq üçün lazım olan məsafənin təxminən 10 faizini qət edib.
Qəzet həmçinin iddia edir ki, İsrail Milli Təhlükəsizlik Şurası və Xarici İşlər Nazirliyi hərbi münaqişə bitdikdən sonra Fələstinin idarə olunması variantlarını müstəqil şəkildə araşdırır. Onların arasında regiona beynəlxalq nəzarət, İsrail və Misir arasında birgə idarəçilik, eləcə də Qəzzada hakimiyyətin fələstinli siyasətçi Məhəmməd Dahlana verilməsi var.
Qeyd edək ki, oktyabrın 31-də İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağında HƏMAS-a qarşı hərbi əməliyyatın üçüncü mərhələsinin başlandığını elan edib.
"Biz müharibənin ortasındayıq. Biz qarşımıza aydın məqsəd qoymuşuq: HƏMAS-ın hərbi və inzibati potensialını məhv etmək. Biz bunu sistemli şəkildə edirik", - deyə o bildirib.
Hüseyn İbadlı
-
Ekologiya11:51Azərbaycanın bu ərazilərinə qar yağdı - FAKTİKİ HAVA
-
ABŞ10:37Trampın qatıldığı tədbirdə atəş açanın əsas hədəfi onlar olub
-
ABŞ10:04Məşhur senator: "Trampa qarşı görünməmiş təhdidlər axını var!"
-
Digər09:32Modidən ABŞ-dakı atışmaya reaksiya: "Xəsarət almadıqlarını öyrənəndə rahat oldum!"
-
Sağlamlıq09:21Növbəti beş ildə ən çox ölümə səbəb olacaq xəstəliklər açıqlandı
-
İdman06:46Ulduz tennisçi atasını hər kəsin gözü qarşısında alçaltdı - VİDEO
-
ABŞ06:30Trampın iştirak etdiyi tədbirdə atəş açan o imiş
-
Magazin206:16“Eşref Rüya”nın aktyoru Ərdoğanla görüşdü - VİDEO



















.png)


















.png)