Cənubi Qafqaz
Ermənistan bu səbəbdən KTMT-nin sessiyasını BOYKOT ETDİ
Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sessiyasını boykot etməsinin səbəbi məlum olub.
Publika.az xəbər verir ki, bu barədə ölkənin Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
O, qeyd edib ki, Ermənistan KTMT-dən bir çox suallara cavab gözləyir. A.Qriqoryanın sözlərinə görə, Ermənistan 2021-ci ilin mayında və ötən ilin sentyabrında Azərbaycanla hərbi əməliyyatlar zamanı KTMT-dən yardım istəsə də, kömək almayıb.
"Bu andan başlayaraq bizim KTMT-yə çoxlu suallarımız var və indiyədək suallara cavab almamışıq", - o deyib.
Eyni zamanda, Qriqoryan Ermənistanın üzvü olduğu KTMT-nin tədbirlərində iştirakdan imtina etməsini demarş adlandırmayıb və bunda problem görmədiyini bildirib.
"KTMT-nin davranışı ilə bağlı suallarımız var və biz həmkarlarımızın bu suallara cavab verəcəyini gözləyirik", - Qriqoryan vurğulayıb.
O, Ermənistanın niyə KTMT-dən çıxmaması ilə bağlı suala cavab verərək bildirib ki, "Yerevanın siyasətini davam etdirməyin ən yaxşı yolu budur".
Qeyd edək ki, Ermənistanın baş nazir Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sessiyasında iştirak etməyəcək. Toplantı noyabrın 23-də Belarusun paytaxtı Minskdə keçiriləcək. ("Report")
-
Ekologiya11:51Azərbaycanın bu ərazilərinə qar yağdı - FAKTİKİ HAVA
-
ABŞ10:37Trampın qatıldığı tədbirdə atəş açanın əsas hədəfi onlar olub
-
ABŞ10:04Məşhur senator: "Trampa qarşı görünməmiş təhdidlər axını var!"
-
Digər09:32Modidən ABŞ-dakı atışmaya reaksiya: "Xəsarət almadıqlarını öyrənəndə rahat oldum!"
-
Sağlamlıq09:21Növbəti beş ildə ən çox ölümə səbəb olacaq xəstəliklər açıqlandı
-
İdman06:46Ulduz tennisçi atasını hər kəsin gözü qarşısında alçaltdı - VİDEO
-
ABŞ06:30Trampın iştirak etdiyi tədbirdə atəş açan o imiş
-
Magazin206:16“Eşref Rüya”nın aktyoru Ərdoğanla görüşdü - VİDEO



















.png)


















.png)