Ermənistan prezidentindən ÇAĞIRIŞ: "Qonşu dövlətlərlə..."
Bizi izləyin

Cənubi Qafqaz

Ermənistan prezidentindən ÇAĞIRIŞ: "Qonşu dövlətlərlə..."

Ermənistan prezidentindən ÇAĞIRIŞ: "Qonşu dövlətlərlə..."

Ermənistan prezidenti Vaaqn Xaçaturyan respublikanın xarici təhlükəsizlik sisteminin diversifikasiyasının zəruriliyini bəyan edib.

Publika.az xəbər verir ki, o, bu barədə Dubayda Birləşmiş Ərəb Əmirliklərinin erməni icmasının nümayəndələri ilə görüşdə deyib.

Xaçaturyan bildirib ki, Ermənistanın təhlükəsizlik nöqteyi-nəzərindən problemləri var:

“Çünki ölkənin uzun illərdir içində olduğu təhlükəsizlik sistemi işləmir. Nəticədə ciddi problemlərlə üzləşirik”.

Prezident qeyd edib ki, Ermənistan öz təhlükəsizliyini diversifikasiya etməlidir, bir mərkəzdən asılı olmamalıdır.

O, həmçinin bildirib ki, qonşu dövlətlərlə mehriban qonşuluq münasibətlərinin alternativi yoxdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm