Cənubi Qafqaz
Gürcü milyarder siyasətə qayıtdığını ELAN ETDİ
Milyarder, Gürcüstanın keçmiş baş naziri Bidzina İvanişvili siyasətə qayıtdığını açıqlayıb.
Publika.az xəbər verir ki, o, bu barədə şənbə günü hakim "Gürcü arzusu" partiyasının qurultayında bildirib.
Onun sözlərinə görə, bu qərar ölkə qarşısında duran bir çox çağırışlarla bağlı verilib:
"Gürcüstan üçün əsas milli məqsədlər ölkənin suverenliyinin bərpası və birləşməsi, Avropa İttifaqına inteqrasiyası olaraq qalır".
İvanişvili 2021-ci ilin yanvarında siyasətdən getmək qərarını açıqlayıb. Daha sonra o, ölkədə baş verənlərə heç bir şəkildə təsir etmək fikrində olmadığını bildirib.
Milyarder 2011-ci ildə siyasətə qədəm qoyub, 2012-ci ildə ölkədə keçirilən parlament seçkilərində qalib gələn “Gürcü arzusu” partiyasını yaradıb. Siyasətçi 2012-ci ilin oktyabrından 2013-cü ilin noyabrına qədər baş nazir postunu tutub. 2000-ci illərin ortalarından bəri o, planetin ən zəngin insanlarından biri kimi müntəzəm olaraq "Forbes"in siyahısına daxil edilib.
Hüseyn İbadlı
-
ABŞ06:30Trampın iştirak etdiyi tədbirdə atəş açan o imiş
-
Magazin206:16“Eşref Rüya”nın aktyoru Ərdoğanla görüşdü - VİDEO
-
Dünya04:44Fil sürüsü milyonçunun ov səfərinə SON QOYDU
-
Magazin202:1290 kilodan 55-ə düşdü - Nə ac qaldı, nə də idman zalına getdi
-
Sosial00:00Günün ULDUZ FALI - Gizli imkanlar üzə çıxa bilər
-
Sosial25 Aprel 22:36"Şəkili Pərviz" həbs olundu
-
Magazin225 Aprel 21:24“Kurtlar Vadisi”nin ulduzu “Eşref Rüya”da - Serial sezon finalına gedir
-
Sosial25 Aprel 20:48Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - VİDEO




































.png)