Cənubi Qafqaz
İvanişvili İPLƏRİ ƏLƏ ALDI: o təklif edəcək, siyasi şura təsdiqləyəcək
Gürcüstanın hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan" Partiyasının nizamnaməsində dəyişiklik edilib.
Publika.az xəbər verir ki, yeni dəyişikliyə əsasən hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan" Partiyasının qurucusu və fəxri sədri Bidzina İvanişviliyə yeni səlahiyyətlər verilib. Partiyanın fəxri sədri bundan sonra ölkənin baş naziri vəzifəsinə namizəd irəli sürə bilər.
Gürcüstanın Ədliyyə Nazirliyi partiyanın nizamnaməsinə təklif olunan bu dəyişikliyi təsdiq edib.
Nizamnaməyə görə, siyasi şura partiyanın fəxri sədrinin irəli sürdüyü namizədi Gürcüstanın baş naziri vəzifəsinə təsdiqləyir.
Bundan əlavə, partiyanın fəxri sədrinin və ya siyasi şuranın qərarı ilə partiyanın növbədənkənar qurultayı çağırıla bilər.
Qeyd olunub ki, siyasi şura partiyanın fəxri sədri və qurultayda seçilən 15 üzvdən ibarətdir.
-
Rəsmi xronika11:44Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxıblar
-
İdman11:00Bir qadın və 47 kişi: Kurasao millisindəki bu gözəl kimdir? - FOTOLAR
-
Nida Xəbər 10:24Əli Əsədov sərəncam imzaladı
-
MDB09:30Rusiyanın bu vilayəti yanır: 50 desant qrupu köməyə göndərildi
-
Dünya09:00Hörmüz boğazını İran idarə edəcək - Qalibaf
-
Ekopublika.az08:49Paytaxtda ev almaq istəyənlərin diqqətinə: qiymətlər kəskin dəyişəcək
-
Qoroskop01:40Günün ulduz falı: yarımçıq qalan işlərinizi tamamlayın!
-
İdman22 İyun 23:15DÇ-2026: Messi Argentinaya qələbə qazandırdı - Yeniləndi





































