Cənubi Qafqaz
Paşinyan Azərbaycan pasportu almağa hazırdır - Səs yazısı yayılan general sirləri açdı
Ermənistan baş naziri Nikol Paşinyanla keçmiş müdafiə naziri, “ümumerməni cəbhəsi” hərəkatı yaradaraq, hakimiyyəti devirməyə çalışan general Arşak Karapetyan arasında qalmaqal davam edir.
Publika.az xəbər verir ki, Paşinyan Karapetyanı vəzifəsini icra edə bilmədiyi üçün işdən çıxardığını bildirmişdi. O, bu ittihamları qəbul etməyərək, erməni baş naziri tənqid etdi. Daha sonra Paşinyan Karapetyan vəzifədə olanda onunla yazışmasının skrinlərini paylaşıb. Yazışmadan aydın olur ki, Karapetyan sərhəddə vəziyyətin nəzarətdə olduğunu dedikdən qısa müddət sonra Azərbaycan ordusunun hərəkətə keçdiyi qeydə alınır. Paşinyan baş verənlərlə bağlı Karapetyandan açıqlama verməsini tələb etsə də, müdafiə naziri susur.
A.Karapetyan erməni mediasına müsahibəsində bir sıra məqamlara aydınlır gətirib və Paşinyanın “Azərbaycan pasportu almağa hazır olduğunu” deyib.
“2020-ci ilin 10 noyabr razılaşmasından sonra üç gün qorxudan işə gəlmədilər. Mən və hədəfə düşməməsi üçün adını açıqlamadığım başqa bir nəfər gedirdik işə. Qalanları yoxa çıxmışdı. Paşinyan heç vaxt kreslosundan əl çəkməz, səhərlər evində kofe içməyə imkan verən yeganə şey o kreslodur. Nikol hətta o kresloda qalmaq üçün Azərbaycan pasportu da almağa hazırdır”, - o deyib.
Karapetyan iddia edib ki, müharibə təhlükəsi var, hakimiyyət isə yalan danışır və heç bir hazırlıq görmür: “Mən Paşinyanı yaxşı tanıyıram, qorxaq adamdır. Seçkilər olmayacaq, onu başqa cür yola salacağıq”.
Asif
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Maraq dünyası12:198-ci mərtəbədən yıxılan 5 yaşlı qız sağ qaldı - Möcüzə?
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Nida Xəbər 11:27Bakıda Kanaki–Yeni Kaledoniya və Fransız Polineziyası komandalarına dəstək aksiyası
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu















.png)
.jpg)



















