Cənubi Qafqaz
İrəvanda polis bölməsinə niyə hücum edilib? - TƏFƏRRÜAT/YENİLƏNDİ
Xəbər verdiyimiz kimi, İrəvanda üç nəfər polis bölməsinə hücum edib.
Publika.az TASS-a istinadla xəbər verir ki, Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan Nor-Nork bölgəsində polis idarəsinə hücumla bağlı məlumatı şərh edib.
Onun sözlərinə görə, hücum edənlərin tələbi Nikol Paşinyanın istefası olub.
O həmçinin bildirib ki, polis bölməsinə soxulan üç nəfərdən ikisi özlərinin atdıqları qumbaranın partlaması nəticəsində yaralanıb.
“Biri hələ də stansiyada qalır. Onun zərərsizləşdirilməsi üçün tədbirlər görülür”, - deyə Ermənistan Daxili İşlər Nazirliyinin nümayəndəsi bildirib.
Məlumata görə, həmin şəxs əlində qumbara ilə şöbənin girişinə çıxıb. Naməlum şəxs bildirib ki, o, Paşinyanın istefasını tələb edib və yenidən binaya girib yoxa çıxıb.
Sarkisyanın sözlərinə görə, Ermənistan polisinin rəhbərliyi danışıqlar aparmaq üçün hadisə yerinə gəlib. Əraziyə xüsusi təyinatlılar da cəlb olunub .
Xatırladaq ki, İrəvanda polis bölməsinə hücum martın 24-də, Bakı vaxtı ilə saat 17:40 radələrində həyata keçirilib.
Hücumun İrəvanda “Döyüş Qardaşlığı” üzvlərinin həbsi ilə bağlı ola biləcəyi ehtimal edilir.
xxx
18:24
Ermənistanın paytaxtı İrəvanda silahlı şəxslər polis bölməsinə hücum ediblər.
Publika.az xəbər verir ki, hadisə İrəvanın Nor-Nork inzibati rayonunda qeydə alınıb.
İlkin məlumata görə, partlayış və atışma səsləri eşidilib, yaralananlar var.
Silahlı şəxslərin “Döyüş Qardaşlığı” təşkilatının üzvləri olduğu güman edilir.
Ermənistanın Daxili İşlər Nazirliyi insidentlə bağlı şərh verməyib.
Hüseyn İbadlı
-
Sosial14:54Zeynəb Xanlarova əməliyyat olundu
-
Hadisə13:20Masazırda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - YENİLƏNDİ/VİDEO
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?








































