Cənubi Qafqaz
Simonyan: "Rusiya bizi dəfələrlə aldadıb"
"Rusiya Ermənistanı dəfələrlə aldadıb".
Publika.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
“Rusiya Ermənistanı “ən çətin dövrdə” tək qoyub. Bu bir faktdır. Bizim bir dostumuz, necə deyərlər, bir müttəfiqimiz var idi, böyük qardaşımız vardı, vaxtı gələndə bizi qoruyurdu, heç olmasa, hər şey onun bilgisi ilə baş verib deməsə də, bizi tək qoyub. Bizi dəfələrlə aldatdılar, sonra isə onları Ermənistan ərazisində yeni müharibəyə sürükləməyə çalışdılar ki, sonradan konkret vəziyyətdə bizi “xilas etsinlər” və Ermənistanın dövlətçiliyinə sıxaclar atsınlar”, - parlamentin spikeri vurğulayıb.
A.Simonyan bildirib ki, ölkəsi həmişə Avropa İttifaqına (Aİ) daxil olmağa çalışıb: “Aİ-yə üzvlük Ermənistan üçün ən məqbul variantdır. Bizim üçün Aİ üzvlüyünə namizəd statusunun əldə edilməsi izləməli olduğumuz ən düzgün və arzuolunan variantdır. Bunun hansı proseslə həyata keçirilməsi vacibdir. Çox şey edilməlidir.
Onun sözlərinə görə, “əslində Ermənistan başqa sistemə (Avrasiya İqtisadi Birliyi – AİB) “çəkilən”ə qədər həmişə bu yolla gedib”.
-
Sosial14:54Zeynəb Xanlarova əməliyyat olundu
-
Hadisə13:20Masazırda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - YENİLƏNDİ/VİDEO
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?








































