Cənubi Qafqaz
Paşinyan Qarabağla bağlı həmişə bizdən xahiş edirdi ki... - Moskva sirləri açdı
2022-ci ildə Praqada Avropa Siyasi Birliyinin Zirvə toplantısında - həm də Makronun ideyası ilə - onlar Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyevlə sənəd imzalayıblar ki, Qarabağ Azərbaycandır. Bizə heç kim bu barədə məlumat verməyib. Putin daha sonra növbəti görüşdə Paşinyana dedi: “Sizin belə qərar verməyiniz bizi təəccübləndirdi”.
Publika.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “İzvestiya”ya müsahibəsində deyib.
“Heç bir izahat yox idi, çünki Paşinyan həmişə bizdən xahiş edirdi ki, son üç ildəki səylərə paralel olaraq Qarabağın statusu məsələsini birtəhər həll etmək lazım olduğunu unutmayaq və biz bunu edirdik. Amma onun özü bu ərazinin Azərbaycanın bir hissəsi olduğuna imza atanda status məsələsi ortadan qalxdı. İnsanlar Qarabağı tərk etməyə başlayanda Nikol Paşinyan Putindən soruşdu: “Vladimir Vladimiroviç, siz niyə Qarabağ xalqını taleyin ümidinə buraxdınız?” Allah xatirinə bağışlayın, siz qərar verdiniz ki, onlar vətəndaş deyillər və ya hansısa vətəndaşlıq iddiasındadırlar”, - Rusiya XİN rəhbəri vurğulayıb.
Akqabay
-
Sosial14:54Zeynəb Xanlarova əməliyyat olundu
-
Hadisə13:20Masazırda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - YENİLƏNDİ/VİDEO
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?







































