Cənubi Qafqaz
Ermənistan parlamenti bu gün Azərbaycana görə təcili toplanır - Kəndlər qaytarılır?
Bu gün Ermənistan parlamentində Azərbaycanla bağlı fövqəladə iclas keçiriləcək.
Publika.az xəbər verir ki, iclasın gündəliyi Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və Qazaxın kəndlərinin qaytarılmasıdır.
Müxalifət fraksiyası ötən həftə parlamentin fövqəladə iclasının keçirilməsini və xarici işlər naziri Ararat Mirzoyanla baş nazirin müavini, delimitasiya komissiyasının sədri Mher Qriqoryanın parlamentdə hesabat verməsini təklif edib.
“Joxovurd” qəzeti yazır ki, Mirzoyan və Qriqoryan müxalifətin təklifini qəbul edib.
“Onlar bu gün parlamentin iclasında iştirak edəcəklər. Lakin iclasın açıq formatda keçirilməsi təklifi hakim fraksiya tərəfindən rədd edilib. Bu gün baş tutacaq iclas qapalı olacaq”, - qəzet yazır.
“Hraparak” nəşri isə yazır ki, baş nazir Nikol Paşinyan parlamentin sessiyasında iştirak edə bilər.
“Parlamentin gündəliyinə ümumilikdə 25 məsələ daxil edilib. Bu məsələlərdən biri də hökumətin beş illik planının icrasının hesabatı ilə bağlıdır. Bu halda hesabatı hökumətin rəhbəri Nikol Paşinyan təqdim etməlidir. Dünən hakim fraksiyanın iclası keçirilib və Paşinyanın iştirak edəcəyi sessiyada bütün deputatların olması tələbi qoyulub. Sessiyanın Brüsseldə uğursuz səfərdən sonra keçirilməsi hakimiyyəti çətin vəziyyətə sala bilər. Ona görə hakim fraksiyasının deputatlarına tapşırılıb ki, çıxışlar və suallarla gündəmi dəyişsinlər”, - nəşr qeyd edir.
Asif
-
MDB09:55Ukrayna ordusu gecə Belqoroda kabus yaşatdı: 14 yaralı, 1 ölü
-
MDB09:37Ukrayna müharibə başlayandan lokomotiv parkının 17%-ni itirib
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO
-
MDB05:45Rusiya Avropa ilə danışıqlar üçün şərt irəli sürdü
-
Sosial04:44Bu rayonun əksər əraziləri işıqsız qaldı





































