Cənubi Qafqaz
İrəvanın sərhəddə yeni oyunu: Qərb qüvvələri qalacaq?
Ermənistan Avropa İttifaqının “müşahidə missiyası”nın fəaliyyətinin uzadılmasını istəyir. Hazırda bu məsələ müzakirə mərhələsindədir, lakin “missiya”nın Ermənistanı tərk etməyəcəyi aydın görünür. Bu, sülh sazişi mətnində Bakının irəli sürdüyü tələblərindən biridir və İrəvan bundan imtina edir.
Publika.az xəbər verir ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan müşahidə missiyasının vaxtının uzadılması variantını Aİ-yə təqdim etdiklərini açıqlayıb.
Lakin Ermənistan mediası İrəvanın Aİ misiyasını ölkədən çıxarmadan Bakının “üçüncü ölkələrin qüvvələrinin sərhəddən çıxarılması” tələbini də icra etməyin yollarını axtardığını yazır. “Hraparak” nəşri qeyd edir ki, bu variantlardan biri missiya üzvlərinin sərhəddən kənarda ofis rejimində fəaliyyət göstərməsidir.
Nəşr bunun mümkün olub-olmadığını Alen Simonyandan soruşub. Simonyan bildirib ki, bununla bağlı dəqiq cavab verə bilməyəcək.
Asif
-
Hadisə09:28Füzulidə dəhşətli qəza 3 nəfərin ölümünə səbəb oldu
-
Dünya08:45Dünya 13 noyabrda məhv olmalı idi... - Alimlərin proqnozu niyə özünü doğrultmadı?
-
ABŞ07:55ABŞ-da təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edildi - Yeniləndi
-
Sosial07:35Sumqayıtda ilkin mərhələdə hansı evlər söküləcək? - Video
-
Ekopublika.az05:45Azərbaycanda alış-veriş xərcləri - Ayda 560 manat hara gedir?
-
Qoroskop00:45Günün ulduz falı: Qısa səfər planları gündəmə gələ bilər
-
Kriminal13 Noyabr 23:35Azərbaycanda zavodda qanlı olay: 54 yaşlı kişi bıçaqlandı
-
İdman13 Noyabr 21:26Gürcünü döyən Nurməhəmmədov və dostları həbs edildilər















.jpg)









.png)








