Cənubi Qafqaz
Delimitasiya niyə şimalda davam edir? - Deputatlar Paşinyanı “atəşə” tutdu
Azərbaycan və Ermənistanın sərhəd komissiyalarının 16 yanvar razılaşmasına uyğun olaraq, delimitasiya prosesinin “şimaldan cənuba doğru” başlanması ilə bağlı müzakirələr İrəvanda ictimai-siyasi kuluarlarda davam edir.
Publika.az xəbər verir ki, Ermənistan parlamentinin baş nazir Nikol Paşinyanın da iştirakı ilə dünən keçirilən sessiyasında “Niyə delimitasiya şimaldan başlayır” sualı gündəmə gəlib.
Sualı hökumət üzvlərinə ünvanlayan erməni deputat Artur Xaçatryan bildirib ki, “niyə Nerkin-Hand, yaxud Cermuk (İstisu) istqamətindən başlanmadı, bu daha məqsədəuyğun deyildimi?”
Xarici işlər naziri Ararat Mirzoyan cavabında bildirib ki, prosesin şimaldan başlanması razılaşmaya əsasən aparılır.
“İstər şimaldan, istər cənubdan başlayın, əsas düzgün qiymətləndirmədir. Bizdən başqa planetdə 200 ölkə var, burada əsas məsələ odur ki, delimitasiyada maraqlı tərəfik. Biz bunu sülh prosesinin çox vacib komponenti hesab edirik”, - o deyib.
Daha sonra məsələyə Nikol Paşinyan münasibət bildirib.
“Bizim bu istiqamətdə demarkasiya prosesimiz olub. Lakin Berkaberdən Kirantsa qədər, Bağanisdən Cucevana qədər hissə müəyyən edilməyib”, - Paşinyan məsələni bu cür izah edib.
Lakin hökumətin cavabları erməni deputatları qane etməyib. Onlar hesab edirlər ki, delimitasiyanın şimaldan başlanması Azərbaycanın maraqlarına uyğundur.
Asif
-
Hadisə21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ












.webp)








.jpg)














