Cənubi Qafqaz
Xankəndidən qaçan separatçılar Paşinyana ultimatum verdilər: 10 gün sonra nə olacaq?
Qarabağdan Ermənistana qaçan separatçılar 23 iyunda “mübarizənin ikinci mərhələsinə” başlayacaqlarını elan edib.
Publika.az xəbər verir ki, separatçılar fəaliyyətlərini Qarabağdan İrəvana qayıdan erməni əhalisinin “sosial problemlərinin həlli” məsələsi üzərində davam etdirir. Bu məqsədlə qondarma “artsax vətəndaş hüquqlarını müdafiə şurası” yaradılıb.
Qondarma şuranın üzvü Aqres Marqaryan bildirib ki, “mübarizənin ikinci mərhələsi iyunun 23-də başlayacaq”. Lakin hansı formatda olacağını və hansı vasitələrə əl atacaqlarını açıqlamayıb. Bildirib ki, atacaqları addımları yaxın vaxtlarda elan edəcəklər.
“Biz əvvəldən bildirmişdik ki, hökumət verdiyi vədləri yerinə yetirməsə, mübarizənin davam etdirəcəyik. Mövqeyimiz dəyişməyib. Artıq regionlarda məlumatlandırma və təşkilatlanma işləri həyata keçirilir”, - o bildirib.
Digər separatçı Njde İskəndəryan isə bildirib ki, “mübarizə” təkcə sosial məsələlərin qaldırılması ilə məhdudlaşmır. Onların tələblərinə ermənilərin Qarabağa qayıdışının təmin edilməsi, “əsirlərin” (Bakıda həbsdə olan separatçılar) azad edilməsi və digər məsələlər də daxildir.
Asif
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO


































