Cənubi Qafqaz
Tikanlı məftillər və minalar... – Azərbaycan-Ermənistan sərhədində nə baş verir?
İyulun 12-də Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabidə 5 saata qədər davam edən görüşündə əsas müzakirə mövzularından biri də sərhədin delimitasiyasının davam etdirilməsi idi. Görüşdə hər iki tərəfdən delimitasiya komissiyasının sədrlərinin – Şahin Mustafayev və Mher Qriqoryan – iştirakı bunu təsdiq edir. Azərbaycan Xarici İşlər Nazirliyinin görüşlə bağlı rəsmi açıqlamasında da qeyd edilir ki, “sərhədin delimitasiyası prosesi ilə bağlı əldə olunmuş nailiyyətləri dəyərləndirən liderlər bu istiqamətdə əməli işlərin davam etdirilməsi üçün müvafiq dövlət komissiyalarına tapşırıqlar veriblər”.
Son razılaşmalara görə, delimitasiya prosesi şimaldan cənuba doğru mərhələli şəkildə aparılmalı idi. Hazırda prosesin Tavuş istiqamətində davam etdiriləcəyi gözlənilir. Ermənistan mediası isə işlərin dayandığını yazır.
Publika.az xəbər verir ki, Tavuş vilayətinin Açakurt icmasının keçmiş üzvü Karen Qazaryan bu istiqamətdə hər şeyin hazır olduğunu iddia edib.
Onun sözlərinə görə, işlər böyük sürətlə aparılırdı.
“Hətta minatəmizləmə işləri başa çatdırılıb, tikanlı məftillər çəkilib. Noyemberyandan tutmuş Kitantsa qədər hər şey hazırdır. Lakin proses dayanıb. Səbəbləri məlum deyil. Məlumatlara görə, delimitasiya prosesi nəticəsində böyük ərazilərin Azərbaycanın nəzarətinə keçəcəyi gözlənilir. Əgər indi bufer zona varsa, delimitasiyadan sonra bu zona olmayacaq və Kirantsda olduğu kimi, yaşayış yerlərinin də bir hissəsi Azərbaycana qaytarılacaq”, - o iddia edib.
Asif
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR











.jpg)



.jpg)






















