Cənubi Qafqaz
21 kilometrlik ərazi... - Zəngəzurda dalğalanan bayrağımız erməniləri qorxuya saldı
Ermənistanda müxalif “Bizim yolumuz” hərəkatının üzvləri Zəngəzur bölgəsinə səfər zamanı yolda dalğalanan Azərbaycan bayraqlarının fotosunu çəkərək, “düşmən ölkənin bayrağının dalğalandığı Paşinyanın dünyası” tipli paylaşımlar edib.
Publika.az xəbər verir ki, Azərbaycan bayrağının dalğalandığı bölgə sərhədin delimitasiya edilmiş hissəsidir.
Erməni revanşistlər üçrəngli bayrağımızla hansı yolda rastlaşdıqlarını qeyd etməsələr də, böyük ehtimalla söhbət Gorus-Qafan yolunun 21 kilometrlik hissəsindən gedir. 2021-ci ildə sərhədin delimitasiyası nəticəsində bu ərazilər Azərbaycana qaytarılıb. Lakin bayrağımızdan qorxuya düşən revanşistlər bunu Paşinyana qarşı anti-təbliğat məqsədilə istifadə etməyə çalışır.
Paşinyanın lideri olduğu partiyanın deputatı Narek Qəhrəmanyan isə yolda Azərbaycan bayrağının dağlanmasına aydınlıq gətirib. Bildirib ki, Azərbaycan bayraqları 2021-ci ildən bəri bu ərazidədir: “Sadəcə olaraq, bu insanlar (“Bizim yolumuz” hərəkatının üzvləri) siyasətlə yeni məşğul olduqları üçün baş verənlərdən xəbərsizdir. Həmin ərazilər Azərbaycana məxsusdur”.
Qəhrəmanyan qeyd edib ki, sərhədin delimitasiyası təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayır.
“Bu bölgədə təkcə 8 avqustdan sonra (Vaşinqton anlaşması-red) deyil, ondan da əvvəl atışma olmayıb. Sünikdə (Zəngəzur) atışmanın olmaması çox şeydən xəbər verir. Məsələn, Mehridə daşınmaz əmlak qiymətlərinin 50 faiz artdığına dair məndə məlumat var. Bu, 8 avqust sazişinin müsbət təsirini göstərən faktdır. Mən Qafan sakiniyəm və ora tez-tez baş çəkirəm. Deyə bilərəm ki, 1990-cı illərin əvvəllərindən etibarən hərbi əməliyyatların şahidi olan Sünik bölgəsində itkisiz, yaxud atışmanın olmadığı bir il belə keçməyib. İndi sakinlər mövcud vəziyyətdə məmnundurlar”, - o bildirib.
Asif
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22 Oktyabr 22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı
-
Magazin122 Oktyabr 21:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal22 Oktyabr 21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
































