Tabloid.az
Habil Əliyev: “Şərqiyyə istəmədi deyə ölmədim” - Özəl
Kaman ustadı ilk dəfə Publika.az-a danışdı
Xalq artisti, dəyərli sənətkarımız, kaman ustadı Habil Əliyevin səhhəti yaxşılaşıb. İlk dəfə olaraq sənətkar Publika.az-a müsahibə verib.
- Habil müəllim, şükürlər olsun, səsinizi eşitdik, necəsiniz?
- Sağ ol, ay qızım, o yanlıq olmadım, bu yanlıq oldum. Kəfəni yırtdım və ölmədim. Artıq əvvəlki halıma qayıtmışam, deyirəm-gülürəm, Şərqiyyə ilə zarafatlaşıram.
- Amma Şərqiyyə xanımı da, bizi də yaman qorxutmuşdunuz ha!
- Elə sizlərin duası məni həyata qaytardı. Şərqiyyə də mənim ölməyimi istəmədi, ona görə də ölmədim. Başımı yerə qoya bilmirdim, həkimlər vəziyyətimin kritik olduğunu deyirmişlər, indi, şükür, yeyirəm-içirəm, hələ ürəyim arvad qonaqlığı da istəyir.
- Şərqiyyə xanım icazə verərmi?
- Şərqiyyə elə ağır günlərimdən sonra mənə deyir ki, Habil, sənə nə istəsən, olar. Onun istəyi ancaq mənim sağalmağım və həyatda olmağımdır. Şərqiyyə buna görə hər şeyə dözməyə hazırdır. Xanımım mənə yaxşı baxıb, ona görə belə yaxşı qalmışam. Elə əslinə baxanda, ikimiz də yaxşı qalmışıq. Mən də vaxtında ona yaxşı baxmışam.
- Bəs belə ağır vaxtlarınızda sədaqətli sevgiliniz kamançanın halı necə oldu?
- Hələ sevgilimlə görüşməmişəm. Kamançamı hələ çalmamışam. Amma onu əlimə alacağam. Bir də, ay qızım, xəbərin var də, 90-a yaxınlaşıram.
- Ay Habil müəllim, hər kəs yüz il yaşamasa, günah onun özündədir…
- Həyat çox şirindir, insan heç ölmək istəmir. Elə yaşamaq istəyirsən.
- Habil müəllim, o ağır məqamda Allahdan nə istədiniz?
- Ölmək istəmədiyimi Ona dedim. Dedim, məni ayağa qaldırsın. Yaşamaq istəyirdim. İnan ki, heç ölmək istəmirdim (ağlayır).
- Heç o məqamda yuxunuza doğmalarınız girdimi?
- Anamı gördüm yuxuda, əzizlərimi gördüm. Hamısı mənimlə görüşməyə gəlmişdi. Heç biri məni aparmağa gəlməmişdi. Elə görüşüb sağollaşırdılar.
- Xalq sizin üçün çox narahatdır, sizi sevənlərə sözünüz varmı?
- Hamıya salamlarım var. İlk dəfə sizə danışdım, siz də mənim salamlarımı onlara çatdırın. Sağ olsun dövlətimizi, mənə yaxşı baxdılar, diqqət ayırdılar. Buna görə də ölmədim, bu gün səninlə danışıram, varam, hələ yaşayacağam da.
Cəvahir Səlimqızı
-
Magazin110 Dekabr 23:55Pərvindən şəxsi həyatı ilə bağlı ETİRAF - Hamısı ilə nişanlı olmuşam
-
İdman10 Dekabr 23:39"Qarabağ" "Ayaks"a məğlub oldu - VİDEO/YENİL ƏNDİ
-
Art10 Dekabr 22:36Daha bir ölkə İsrailə görə “Eurovision 2026”dan imtina etdi
-
MDB10 Dekabr 21:57Rusiyada bazarda güclü YANĞIN: partlayış səsləri eşidildi - Xəsarət alanlar var
-
Elm və təhsil10 Dekabr 20:10Nazir rəydə ona təşəkkür etmişdi: Gündəm olan müəllim DANIŞDI - VİDEO
-
Sosial10 Dekabr 20:00Bakıda daha bir məşhur bazar SÖKÜLÜR
-
İdman10 Dekabr 19:50“Qarabağ” – “Ayaks” oyunu təxirə salınır? - Klub açıqladı
-
Elm və təhsil10 Dekabr 18:50Yeni təyin olunan rektor kimdir? - DOSYE

























.jpg)








