Tabloid.az
Aybəniz Haşımova: “Qorx ki, Konçita Azərbaycana elçi gələ”– ÖZƏL
“Eurovision 2014”-ün qalibi Konçita Vürstun Azərbaycanın müsabiqədəki ötənilki təmsilçisi Fərid Məmmədova evlilik təklifi əməkdar artist Aybəniz Haşımovanı özündən çıxarıb.
Aybəniz Haşımova Publika.az-a açıqlama verib: “Fərid yazıq nə etsin ki, Konçita dəlidir, xəstədir. Uşaq peşman olub onun mahnısını oxuduğuna. Fəridə gözü düşənlər onsuz da çox idi. Orada iştirak edən bir qız da Fəridə evlənmək təklif etmişdi”.
Aybəniz Haşımova onu da bildirdi ki, bu sözləri deyəndə Fərid orada olsaydı, Konçitanın axırına çıxardı: “İnan ki, bu sözləri yanında demiş olsaydı, Fərid onu öldürərdi. Yumruğu ilə vurub yerə çırpardı, Konçitanı “koneç” edərdi. Hələ qızım Aynişan deyir, qorx ki, Konçita Azərbaycana elçi gələ”.
Qeyd edək ki, aylar öncə Konçita Avstriya telekanallarının birində Fəridə olan sevgisini belə etiraf etmişdi: “Fərid Məmmədov mənim xəyallarımdakı oğlandır”. Konçitanın “Eurovision 2014” müsabiqəsindəki qalibiyyətindən sonra Fərid onun mahnısını ifa edib, İnstagram hesabında yerləşdirmişdi.
Bu xəbəri eşidən Konçita Fəridə evlilik təklifi edib: “Əgər məni bəyənirsənsə, barmağıma üzük tax!”
Cəvahir Səlimqızı
-
Sosial12:13Bu universitetdə erməni dilində kurslar təşkil edildi
-
Nida Xəbər 11:47Baş nazirdən quru sərhədlərlə bağlı mühüm açıqlama
-
Sosial11:18Mayda 14 gün qeyri-iş günü olacaq
-
Nida Xəbər 11:03Milli Məclisin iclası başladı
-
Nida Xəbər 10:36Ali Məhkəmədən mühüm qərar
-
İdman10:18Trampın Ceyk Polla rəqsi gündəm oldu - VİDEO
-
Dünya09:48Pakistan Əfqanıstanı bombalayır: İtkilər var
-
Region09:28İran yenidən Türkiyəyə raket atdı: Hədəf bura olub - Video










.jpg)


























