Tabloid.az
Milli filmlərimiz "Netflix"də yayımlanacaq? - “Azərbaycanfilm”in direktoru AÇIQLADI
“İstər “Netflix”, istərsə də digər onlayn platformalar nazirliklərə deyil, istehsalçı studiyalar və prodakşınlarla işləyirlər. Ölkəmizin bu platformaya çıxması yönündə son bir il ərzində istər Mədəniyyət Nazirliyi, istərsə də dövlət və özəl studiyalar müxtəlif görüş və danışıqlar aparıblar.
Bunu Publika.az-a açıqlamasında C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Fariz Əhmədov deyib.
src="/storage/files/upload/f61d82c53acec483502cb92351944e4ea7afbbfa.jpg" style="width: 678px; height: 406.8px;" class="fr-fic fr-dib fr-fil">
O qeyd edib ki, onlayn platformanın istənilən regiona marağı ilk növbədə həmin ölkənin böyüklüyü, əhali sayı və platformaya həmin ölkədən olan abunəçi sayı ilə ölçülür: “Əlbəttə, burda siyasi maraqlar da az rol oynamır. Platformada nə vaxt Azərbaycan filmini görəcəyimizi zaman göstərəcək. İstənilən beynəlxalq əməkdaşlıq film sektorunun dirçəlməsinə, peşəkarlıq səviyyəsinin artmasına və yerli kinomotoqrafçıların əlavə gəlirlərinin yaranmasına gətirib çıxarır. Bura ölkəmizin mədəniyyətinin, tarixinin və təbiətinin təbliğin də əlavə etsək, daha çox qazananın biz olacağını söyləmək olar.
F.Əhmədov vurğulayıb ki, dünya film sektoruna çıxmaq üçün ilk növbədə keyfiyyətli audiovizual məhsul istehsal etmək lazımdır: “Film istehsalının hansı böyük büdcələrə başa gəldiyi yəqin ki, hamımıza sirr deyil. Bu büdcənin böyük hissəsi məhz onun hazır olduqdan sonrakı marketinqinə və PR-inə sərf olunur. Bu gün bizim film istehsalına sərf etdiyimiz büdcələr digərləri ilə müqayisədə çox kiçikdir. Dünya kino bazarına çıxma yollarımızdan biri də xarici ölkələrlə birgə film istehsalıdır. Bu, həm biz tərəfdən qoyulmuş maliyyə yükünü azaldır, digər tərəfdən isə distrubisiya imkanlarını genişləndirir. Hər bir onlayn film platforması ya sifariş əsası ilə, ya da hazır məhsulun alınıb yerləşdirilməsi üsulu ilə işləyir və hər bir platformanın öz daxili siyasəti var. Qarabağ mövzusuna gəldikdə isə, yəqin ki, yaxın gələcəkdə bu mövzuda olan filmlərimizi onlayn platformada görmək imkanımız olacaq”.
-
Nida Xəbər 16:16Azərbaycan vasitəsilə benzin idxalı qiymətlərə təsir edəcək - Ermənistan ümidlidir
-
Dünya14:52Epşteyn Putinlə də görüşmək istəyib? - Kremldən rəsmi açıqlama
-
Sosial13:50Azərbaycanda məşhur şirkət işçisinə pul ödəmədi - 1,8 milyonluq kapitala həbs qoyuldu
-
Region12:48Pezeşkian ABŞ-la danışıqların şərtlərini açıqladı: Əraqçiyə tapşırdım ki...
-
ABŞ12:361983-cü ildən bəri ABŞ-da belə şey olmayıb: Klintonlar razılaşdılar
-
Nida Xəbər 12:24Əli Əsədov qərar imzaladı
-
Nida Xəbər 11:48Sabiq icra başçısının oğlu Rumıniyada 40 villa aldı - FOTO
-
İdman11:12AFFA-nın yeni qərarı faydalı olacaq? - Komandalar arasında böyük uçurum var







.jpg)
.jpg)



.jpg)












.jpg)



.jpg)










