Tabloid.az
“Çılpaq” tezliklə nümayiş olunacaq
Tanınmış aktyor Hikmət Rəhimov tezliklə müəllifi olduğu “Çılpaq” adlı layihəsi ilə tamaşaçıların qarşısına çıxacaq.
Publika.az xəbər verir ki, bu gün doğum gününü qeyd edən aktyor bu barədə instaqramda məlumat paylaşıb.
H.Rəhimov bildirib ki, ən böyük arzusunu gerçəkləşdirib.
“Yadımdadır ki, Vaqif İbrahimoğlu bir gün mənə belə bir sual verdi: Səncə, niyə insanın doğum günü iç halı birtəhər olur? Biz bu barədə xeyli söhbət etdik. İndi o söhbəti sizə danışıb sizi yormaq istəmirəm. Amma hər doğum günündə Vaqif müəllimin sualı yadıma düşür. Ruhu şad olsun.
Mənim 35 yaşında arzularımdan biri də öz tammetrajlı filmimi çəkmək idi. Tanrıya şükürlər olsun ki, bunu komanda halında edə bildik. Filmin üzərində son tamamlanma işləri gedir. Yanımda olan, öz köməkliyini göstərən hər kəsə minnətdaram.
Filmin hazır olan posterini sizinlə doğum günümdə bölüşmək istədim. 36 yaşımda özümə arzum, gözümü açıb hər gün gördüyüm əzizlərimi sağ-salamat və mehriban görməkdir. Təbriklərinizə görə hər birinizə öncədən ayrı-ayrılıqda minnətdaram”, - aktyor qeyd edib.
src="/storage/files/upload/a2fb10f0db5b1a839fc84ce4e4f0d345c057b1fb.jpg" style="width: 300px;" class="fr-fic fr-dib">
Yaxın günlərdə təqdim olunacaq ekran işində Ayşad Məmmədov, Azər Aydəmir, Elşən Əsgərov, Rasim Cəfər, Rüstəm Rüstəmov və başqaları çəkiliblər. Filmin ssenari müəllifi və rejissoru Hikmət Rəhimovdur.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi







.jpg)




























.jpg)
.jpg)
