Tabloid.az
“Möhtəşəmliyin çöküşü” çap olundu
Şair, Prezident təqaüdçüsü, Dünya Gənc Türk Yazarlar Birliyinin İdarə Heyətinin üzvü Tural Turanın yeni kitabı işıq üzü görüb.
Publika.az xəbər verir ki, “Möhtəşəmliyin çöküşü” adlı kitabda müəllifin son illərdə qələmə aldığı sürreal və dadaizm ruhlu şeirləri toplanıb.
Kitabın redaktoru Mətləb Mustafayev, ön sözün müəllifi isə şair Emil Rasimoğludur. 72 səhifəlik kitabda müxtəlif müsabiqələrdə müəllifə uğur qazandıran şeirlər də öz əksini tapıb. Kitabdakı şeirlərdə daha çox tanrı ilə insan arasındakı ruhi bağlılığın miqyası ölçülür.
Qeyd edək ki, “Möhtəşəmliyin çöküşü” şairin sayca altıncı şeirlər kitabıdır. 2010-cu ildə “Mənə bir az o dünyadan danışın” adlı ilk şeirlər kitabı işıq üzü görüb.
Sonrakı dövrlərdə “Bələksiz qığılcım” (2015), “Tanrı qağaya ismarış” (2017), “Qaranlığın aydınlıq adı” (özbək dilində, 2018), “...Və bütün qaranlıq otaqlar” (2018), "Möhtəşəmliyin çöküşü" (2022) şeir kitabları gün üzünə çıxıb.
src="/storage/files/upload/351971.jpg" alt="Tural Turan və ya 30 yaşlı söz!.." class="fr-fic fr-dii">
-
Hadisə11:20Azərbaycanda Əfqanıstan vətəndaşları saxlanıldı
-
Avropa11:04ABŞ hərbçiləri Britaniyadakı bazaya dron hücumlarını dəf etdi – Müəmmalı detal
-
MDB10:31Rusiya səmasında bir gecədə 1200-dən çox PUA vuruldu
-
Pul10:13Fransa iqtisadiyyatı üçün həyəcan təbili: “S&P” də proqnozunu pisləşdirdi
-
Ekopublika.az07:352027-ci ildə dünyanı yeni böhran gözləyir - Həyəcan təbili çalındı
-
Avto05:45İkinci əl avtomobil alarkən diqqət edilməli gizli detal
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır






.jpg)









.jpg)


















