Tabloid.az
Reza Deqati "Xarıbülbül" festivalından danışdı
"Bu dəfə "Xarıbülbül" musiqi festivalı həm də ona görə çox önəmlidir ki, burada iki səhnə qurulub. Onlardan biri Cıdır düzündə, biri isə Üzeyir Hacıbəyovun evinin yaxınlığındadır. Bu da özlüyündə böyük önəm kəsb edir. Çünki bununla bütün dünya gəlib, görəcək ki, onun evini ermənilər necə dağıdıblar. Bunu mütləq şəkildə göstərmək lazımdır. Qoy hər kəs görsün ki, dünyada musiqiləri səslənən Üzeyir Hacıbəyovun evini necə talan edib, dağıdıblar. Evində heç nə qoymayıblar".
Bunu Publika.az-a açıqlamasında dünya şöhrətli, Azərbaycan əsilli fotoqraf Reza Deqati Şuşada keçirilən "Xarıbülbül" Beynəlxalq Folklor Festivalı ilə bağlı təəssüratlarını danışarkən deyib.
Reza Deqati Şuşada görülən infrastruktur, təmir-bərpa işlərindən də söz açaraq bildirib ki, Şuşada təmir-bərpa ilə əlaqədar görülən bütün işlər dəqiq planla gedir. Bura çox peşəkar memarlar, işçilər cəlb olunub.
Düşünürəm ki, bir neçə ilə Şuşa həqiqətən böyük cənnətə çevriləcək. Şuşada bir ruh var. Bura gələn xarici musiqiçilər ilə söhbət edərkən onlar da mənə deyirdilər ki, "sanki burada böyük bir ruh var və biz musiqiçilər burada daha böyük zövqlə çıxış edirik". Bəli, burada Natəvanın, Vaqifin, Xan Şuşinskinin, Rəşid Behbudovun, Üzeyir bəyin ruhu var və onların gördükləri işlər bu torpağa hopub. Buna görə də inanıram ki, Şuşa tezliklə nəinki Azərbaycanda, dünyada gözəl şəhərlərdən biri, mədəniyyət mərkəzi olacaq".
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Maraq dünyası12:198-ci mərtəbədən yıxılan 5 yaşlı qız sağ qaldı - Möcüzə?
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Nida Xəbər 11:27Bakıda Kanaki–Yeni Kaledoniya və Fransız Polineziyası komandalarına dəstək aksiyası
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu







_(1).jpg)





.png)
.jpg)



















