Tabloid.az
Yusif Vəliyev anıldı - FOTO
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin G.Şaroyev adına 35 nömrəli onbirillik Musiqi məktəbinidə 25 il direktoru vəzifəsində çalışmış, Əməkdar müəllim, dosent Yusif Boran oğlu Vəliyevin vəfatının birinci ildönümü münasibətilə həmin məktəbdə anım tədbiri keçirilib.
Publika.az">Publika.az xəbər verir ki, tədbirin aparıcısı məktəbin nəzəriyyə şöbənin müəlliməsi Quliyeva Nüşabə çıxış edərərk,Yusif Vəliyevin uzun illər ərzində mədəniyyətimizin inkişafında göstərdiyi misilsiz xidmətlərindən eləcədə 25 illik direktor vəzifəsində çalışdığı dövrdə uğurlu fəaliyyətindən geniş söz açıb.
Tədbirdə iştirak edən musiqi məktəbinin müəllim heyyəti və Milli Konservatoriyanın müəllimləri çıxış edərək,Yusif müəllimlə bağlı xoş xatirələrini bölüşüblər.
Tədbirin sonunda Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli və mərhum Yusif Vəliyevin bacısı qızı " Yeni Üfüq" Mənəvi İrsin Təbliği İctimai birliyinin sədri Sevinc Əzimbəyli məktəbin rəhbərliyinə və tıdbirin təşkilatçılarına anım gününün yüksək səviyyədə təşkilinə görə öz dərin təşəkkürlərini çatdırıblar.
Qeyd edək ki, Yusif Vəliyev 15 avqust 1952-ci ildə Ağdam şəhərində anadan olub. 1971-1976-cı illərdə Bakı şəhər 22 nömrəli Musiqi məktəbində tar müəllimi və Xalq çalğı alətləri şöbəsinin müdiri, 1976-1977-ci illərdə Lerik rayon Musiqi məktəbinin direktoru, 1977-1994-cü illərdə Mədəniyyət Nazirliyi Mədəniyyət İşçilərinin İxtisasartırma Kursunun direktor müavini vəzifələrində işləyib. 1995-ci ildən Georgi Şaroyev adına 35 nömrəli onbirillik Musiqi məktəbinə rəhbərlik edib. Həmçinin Azərbaycan Milli Konservatoriyasının Xalq çalğı alətləri kafedrasının dosenti olub.
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır









.jpg)
.png)


























