Tabloid.az
"Gərək Sərvaz belə bir iş tutmayaydı" - Qəşəm Nəcəfzadə
“Gərək Sərvaz Hüseynoğlu belə şey yazmayaydı. Bu cür fikirlər yazıçıların nüfuzunun düşməyinə səbəb olur”.
Bunu Publika.az-a açıqlamasında “Ədəbiyyat qəzeti”nin şöbə müdiri Sərvaz Hüseynoğlunun son günlər qalmaqala səbəb olan açıqlamasına münasibət bildirərkən Əməkdar mədəniyyət işçisi, şair Qəşəm Nəcəfzadə deyib.
Sərvaz Hüseynoğlunun “Hüseynbala Mirələmovun “Ənvər Paşa” romanını mən yazmışam” fikrinə münasibət bildirən şair onun belə bir iş görəcəyinə inanmadığını da söyləyib:
“Bu, nə dərəcədə doğrudur? Sərvazın o əsəri yazıb-yazmaması da bir o qədər müəmmalıdır. Başqası sənin əsərini əlindən necə çap etdirə bilər?! Müəllif Hüquqları Agentliyi var, Sərvaz birinci növbədə oraya müraciət etməli idi. Ümumiyyətlə, başqasının adından əsər yazmaq dünyada qəbul olunmuş tendensiyadır. Elə Azərbaycanda da belə şeylər edirlər. Kiminsə adından əsərlər yazırlar. Daha əvvəllər də bu kimi hallarla bağlı nələrsə eşitmişəm. Elmi işlərin çoxunu da kimlərsə yazır və ya üzünü köçürürlər. Ədəbiyyat sahəsində də bu cür hallar olur. Ədəbiyyatda kiminsə adına əsər yazmaq məsələsinə bir o qədər pis baxmıram. Pul müqabili anlayışını nəzərdə tutmuram, nəyinsə müqabilində. Amma mən heç kəsin adından əsər yazmamışam”.
Qeyd edək ki, yazıçı Hüseynbala Mirələmov “Ədəbiyyat qəzeti”nin şöbə müdiri Sərvaz Hüseynoğlunun onun haqqında səsləndirdiyi iddiaları rədd edib və qarşı tərəfi məhkəməyə verəcəyini söyləyib.
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...








.jpg)























.jpg)
.jpg)

