Tabloid.az
Telekanallar yay mövsümünə necə hazırlaşıb? - SORĞU
Yay mövsümü ilə bağlı bütün dünyada TV-lərin "efir setkası" bir qədər dəyişir. İlboyu efirdə olan proqramlar, tok-şoular, seriallar tətilə göndərilir, isti mövsüm üçün yeni layihələr hazırlanır. Bəs, Azərbaycan teleməkanı yay mövsümünə hazırdırmı?
src="/storage/files/upload/af78e6de1c4b572a0fa11fa7362c8619634ebe67.jpg" style="width: 414px; height: 234.469px;" class="fr-fic fr-dib fr-fil">
Məsələ ilə əlaqədar Publika.az -a açıqlama verən televiziya prodüseri və rejissoru Oqtay Əliyev bildirib ki, bəzi televizyalar iyulun 1-i, bəziləri isə avqust ayının 1-dən yay tətilinə gedirlər: “Tətil zamanı 30-45 dəqiqə arasında dəyişən yay verilişləri, konsert proqramları, yaxud da bölgələrimizə olan səyahətlərlə bağlı verilişlər yayımlanır. Mümkün qədər səhər- günorta saatlarında uşaq filmləri verməyə çalışırıq. Çünki uşaqlar da tətildədirlər və daha çox onlar üçün maraqlı verilişlərin, animasiyaların yayımlanması, həmçinin yay fəsli ilə bağlı komediya filmlərinin nümayişi nəzərədə tutulur. Yay daha çox istirahət fəsli olduğundan ağır və qorxulu filmlərin nümayişini düzgün hesab etmirik. Bir sözlə, yay fəsli üçün hazırki planlarımız bunlardır”.
src="/storage/files/upload/80157b3276e5cafbffb3e20f5d30729315cd2a26.jpg" style="width: 417px; height: 235.142px;" class="fr-fic fr-dib fr-fil">
Tanınmış teleaparıcı Turan İbrahimov qeyd edib ki, özəl televiziyaların yayım siyasəti əsasən reklam bazarı nəzərə alınaraq qurulur və müəyyən sifarişçilərin sifarişləri nəzərə alınaraq veriliş istehsal olunur: “Yay mövsümündə də reklam bazarının, xüsusən Azərbaycan seqmentində ciddi şəkildə zəifləmə olur. Bu səbəbdən də özəl televiziyalar veriliş istehsal edən zaman öz büdcələrinə baxır və həmin büdcəyə uyğun proqramlar hazırlamaq haqqında düşünürlər. Dünyanın hər yerində, ümumiyyətlə, yay mövsümündə TV-ləri izləmə əmsalı çox aşağı düşür. Həm telekanallarda reytinqlərin aşağı enməsi, həm də reklam verənlərin efirə marağının azalması əksər mövsümi layihələrin dayandırılmasının əsas səbəblərindən biridir. Bu dinamikaya uyğun olaraq da bütün ölkələrdə özəl televiziyalar ya az büdcəli verilişlər hazırlayır, ya da çox izlənən verilişləri, serialları təkrar yayımlayırlar. Azərbaycanda da bu praktika var və eyni yayım siyasətini bizim telekanallar da edir”.
-
Magazin206:16Ulduzların "İtaliya nağılı" - Toyun detalları bəlli oldu
-
Səhiyyə05:15Qonşu ölkədə seksoloq vəzifəsi ləğv edildi
-
Maraq dünyası04:14Paltar yuyarkən yol verilən 5 SƏHV - "Yumruq qaydası" nədir?
-
Avropa03:13Parad məşqindən qaçan atlar şəhəri qarışdırdılar - Yaralılar var / VİDEO
-
Magazin100:15Əməkdar artistin nəvəsi ailə qurur - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bəzi sirlər qarşınıza çıxa bilər
-
İdman30 May 23:48Parisdə PSJ azarkeşləri ilə polis arasında toqquşmalar başladı - VİDEO
-
Sosial30 May 23:00Sabah bu qəsəbənin bir hissəsi işıqsız qalacaq
























.jpg)










