Tabloid.az
Cazibədar italyan qadınları kimi görünməyin 5 sirri - Fotolar
İtalyan qadınlarının 70-ci illəri xatırladan stili çox spesifikdir. Dəb həftələrinin xronikalarını nəzərdən keçirəndə də Milan street style ulduzlarının fərqini hiss etmək olur. Qarşıdakı yaz-yay mövsümündə italyan qadınları kimi görünmək istəyirsinizsə, bu yazını diqqətlə oxuyun.
Tabloid.az "buro 247.az"-a istinadən Milan moda həftəsinin 5 trendini təqdim edir:
Denim
Denim geyimləri təkcə gəzintilərə deyil, ziyafətlərə də geyinmək
mümkündür. Məsələn, Dolce&Gabbananın yeni kolleksiyasındakı
daş-qaşlarla bəzədilmiş cins şalvarlar məhz elə ziyafət üçündür.
Gucci, Fendi və Alberta Ferrettinin də kolleksiyalarında cinsə rast
gəlinir.

Saçaq
Saçaqlı paltarların gələn il də dəbdən getmək fikri yoxdur. Ona
görə qarderobunuza bol-bol saçaqlı çantalar, ətəklər və toplar ala
bilərsiniz.

Qladiator ayaqqabıları
Dikdaban, yaxud dabansız - fərqi yoxdur, italyan kimi görünmək
istəyənlər qladiator ayaqqabılarını əskik etməsinlər. Alberta
Ferretti, DSquared2 və Fausto Puglisinin kolleksiyalarından
nümunələr götürün.

Parça kəmərlər
Artıq daş-qaşlı, dəri kəmərlərin vaxtı keçib. İndi növbə eleqant
parça kəmərlərindir. Beli incə göstərən bu kəmərlər ingilis
hersoginya Keyt Middltonun da sevimlisidir.

70-lər
Geyimlərinizdə hakim rəng qəhvəyi, tünd yaşıl, bordo, narıncının
solğun çalarları olsun. İpucu üçün Gucci, Pucci və Alberta
Ferrettinin kolleksiyalarına nəzər yetirin.

-
Qoroskop00:30Günün ULDUZ FALI - Sizin üçün maraqlı qapı açıla bilər
-
Elm və təhsil00:15UNEC-in tələbəsi dünyasını dəyişdi
-
Sağlamlıq00:00Mükəmməl yuxunun sirri görün necə tapılıb
-
Hadisə12 İyul 22:24Kəlbəcərdə 11 yaşlı uşaq çaya düşdü - VİDEO
-
Hadisə12 İyul 21:48Ötən gün çimərlikdə boğulan Rəşadın FOTOSU
-
Yaxın Şərq12 İyul 21:00ABŞ-ın Küveytdəki hərbi bazaları vuruldu - VİDEO
-
Magazin112 İyul 20:00Günel Azərbaycana köçməsindən danışdı - VİDEO
-
Sosial12 İyul 18:36Nazirin yeni rütbədə İLK FOTOSU



































