Tabloid.az
“Bakı sübhdən günbatanadək” - möhtəşəm layihənin təqdimatı oldu
Nizami Kino Mərkəzində “Dünya sübhdən günbatanadək” layihəsi çərçivəsində hazırlanan “Bakı sübhdən günbatanadək” tammetrajlı sənədli filminin təqdimatı keçirilib.
Publika.az-ın məlumatına görə, təqdimat
mərasimində Polşadan olan layihə müəllifləri və prodüserlər də
iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin
kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov layihə barədə
məlumat verib. Sektor müdiri “Dünya sübhdən günbatanadək” filminin
Miroslav Dembinski və Maçyej Driqas tərəfindən yaradılmış orijinal
layihə olduğunu diqqətə çatdırıb.
Layihə dünyanın müxtəlif şəhərlərindəki kino məktəblərinin tələbələrinə və gənc rejissorlara silsilə seminarların keçirilməsinə əsaslanır və bir neçə həftəlik kurs müddətində ərsəyə gəlib.
Qeyd edək ki, keçən il avqustun 21-dən sentyabrın 7-dək Bakıda
layihənin master-klasları keçirilib. 25 gənc rejissorun qatıldığı
bu ustad dərslərində iştirak etmək üçün Polşadan 8 nəfərlik müəllim
heyəti Bakıya gəlib. Tələbələr müəllimlərin nəzarəti altında
qısametrajlı sənədli filmlər kolleksiyası üzərində birgə
çalışıblar. Layihə çərçivəsində 18 qısa film çəkilib. Bu filmlər
gənc rejissorların şəhər həyatından bir situasiya seçib, saatlarla
çəkiliş apardığı materialdan müəllimlərin nəzarəti altında
yaratdıqları 3-4 dəqiqəlik süjetdən ibarətdir. Bunun nəticəsində
şəhərin canlı təsviri kimi 50 dəqiqəlik sənədli film meydana
gəlib.
Beynəlxalq layihənin müəlliflərindən olan polşalı kino xadimi
Maçyej Driqas Bakıya yenidən qayıtmağın onun üçün xoş olduğunu
söyləyib. O, layihəni yüksək qiymətləndirərək, filmin 3 həftəlik
master klasın nəticəsi olduğunu bildirib. Bu ustad dərslərində
gənclərə dünyaya bir yaradıcı insan kimi baxmaq vərdişlərin
aşılandığını deyən polşalı mütəxəssis gənc rejissorların Azərbaycan
kinematoqrafiyasının gələcəyi olduğunu bildirib.
O, layihədə əməyi olan hər kəsə minnətdarlığını bildirib.
“Azanfilm” kinostudiyasının direktoru, layihənin Azərbaycan üzrə
əlaqələndiricisi Fariz Əhmədov da layihə barədə danışıb: “Hər
şəhərdə “Polşa Sənədli Film Məktəbi”nin filmlərinin təqdimatı,
maarifləndirici kino seminarları, filmlərin ekranlaşdırılması
nəzərdə tutulub”.
Rejissor layihənin bu günə qədər 12 şəhərdə - Minsk, Kiyev, Moskva,
Pekin, Tokio (2011), Tbilisi, İrəvan, Kişinyov, Bıdqoş (2013),
Bakı, İstanbul və Kəlküttədə (2014) reallaşdırıldığını diqqətə
çatdırıb.
Layihə nəticəsində Bakının canlı təsvirini yaratmağa nail
olduqlarını söyləyən F.Əhmədov layihənin ikinci hissəsinin
planlaşdırıldığını qeyd edib.
Sonra layihədə iştirak edən gənc rejissorlar səhnəyə dəvət
olunublar.
Daha sonra “Bakı sübhdən günbatanadək” tammetrajlı sənədli filmi
təqdim edilib.
Qeyd edək ki, layihənin tərəfdaşları Polşanın Adam Mitskeviç
İnstitutu, Polşa Kino İnstitutu, TVP 2 Polşa Milli Televiziyası,
Belsat kanalı və Polşa Xarici İşlər Nazirliyidir. Layihənin
Azərbaycandakı tərəfdaşı Azərbaycan Respublikası Mədəniyyət və
Turizm Nazirliyi və “Azanfilm” studiyasıdır.
Cəvahir
-
Sosial16:52İTV-nin yeni baş direktoru müəyyən oldu
-
Rəsmi xronika16:09Prezident müşavirə keçirdi - FOTOLAR/YENİLƏNDİ
-
İdman14:08“Barsa”nın futbolçusu ÇL-də qələbə qazandıqdan sonra çılpaq poza verdi – FOTO
-
Hadisə14:01Bakıda evə basqın: Ər və arvadı öldürüldü
-
Rəsmi xronika13:06Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Sosial11:48İyun ayında 10 gün iş olmayacaq
-
Region11:12Rubio İrəvana gəlir: Ruslara akkreditasiya verilmədi
-
Hadisə10:33Bulvarda qadına qarşı əxlaqsızlıq edən tutuldu - VİDEO





































