Tabloid.az
“Oskar”ın qaliblərinin adları açıqlandı
Bu gün Bakı vaxtı ilə 05:30-da “Oskar-2015” mükafatının qalibləri təyin olunub.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, “Bördmen” filminin rejissoru Alexandro Qonzalez İnyarritu Amerika “Oskar” Kino Akademiyasının əsas mükafatına layiq görülüb. “Bördmen” keçən ilin ən yaxşı filmi adını alıb. Bundan əlavə, İnyarriyu ən yaxşı rejissor mükafatına da layiq görülüb. Bu azmış kimi, “Bördmen” filmi ən yaxşı ssenari və ən yaxşı operator işinə görə də mükafat qazanıb.
Ən yaxşı aktyor adını isə “Stiven Hokinqin kainati” filmində baş rolda oynayan Eddi Redmeyn qazanıb. Ən yaxşı aktrisa adı “Hələ də Elis” filminə görə Culiana Mura təqdim olunub.
İkinci planda ən yaxşı aktrisa Patrisiya Arkett (“Yeniyetməlik”), ikinci planda ən yaxşı aktyor Cey Key Simmons (“Tutulma”) layiq görülüb. Bununla belə, “Tutulma” filmi ən yaxşı səs rejissoru və ən yaxşı montaj işinə mükafat təqdim olunub.
Səs montajına görə “Snayper”, ən yaxşı vizual effektlər mükafatına elmi-fantastik “İnterstellar” filmi layiq görülüb.
Xarici dildə ən yaxşı film mükafatını “İda” (Polşa), ən yaxşı animasiya filmi - “Qəhrəmanlar şəhəri” filmləri qazanıb. Casus Edvard Snouden haqqında çəkilmiş “Vətəndaş dörd” ən yaxşı sənədli film statusunu qazanıb.
“Selma” filmində Kommon və Con Lecendin “Glory” ifası ən yaxşı soundtrek adına layiq görülüb.
Nura
-
Region14:40Rusiyada gizli qrup Putini devirmək üçün hərəkətə keçdi - Sensasion detallar
-
Rəsmi xronika13:54Milli Məclis Prezidentlə xanımına təbrik məktubu ünvanladı
-
Sosial13:17Talıbovlar ailəsinə 2259 manat sosial ödəniş edilir - VİDEO
-
Müsahibə12:40Xaricdə 14 universitetdən qəbul alan gənc: "Əlçatmaz deyil"
-
Dünya12:00Milyarderlər gizlicə narkotik qəbul edirlər: İndi bunu cəmiyyətə yayırlar
-
Nida Xəbər 11:22Milli Məclisin iclası başladı
-
Dünya11:18Putin şəxsən xahiş edib: Bu mesajı Trampa çatdırın
-
Region11:15Saakaşvili həbsxanada tanınmaz hala düşdü: Yeni imici diqqət çəkdi - FOTO





































