Tabloid.az
"Azərbaycan gözəli"nin cinayəti – TƏFƏRRÜAT, FOTO
“Miss Azerbaijan 2014” gözəllik müsabiqəsinin qalibi Cavidan
Qurbanovanın xuliqanlıq maddəsi ilə 4 il icbari iş alması və bu
səbəbdən ölkə xaricinə çıxışına qadağa qoyulması haqda məlumat
vermişdik.
Azərbaycan gözəlinin törətdiyi cinayətin təfərrüatları haqda
maraqlı məlumat ortaya çıxıb.
C.Qurbanova ilə eyni qrupda təhsil alan Fərid Mansurov özü
saytımızla əlaqə saxlayaraq Azərbaycan gözəli ilə bağlı bəzi
məlumatları diqqətə çatdırıb.
F.Mansurov bildirib ki, o, Bakı Dövlət Universitetinin Fizikia
fakültəsində C.Qurbanova ilə bir qrupda təhsil alıb. Onun sözlərinə
görə, C.Qurbanova ilə tələbə yoldaşı kimi münasibətləri normal
olub. Ta 2011-ci ilin may ayının 31-nə kimi..

Həmin gün F.Mansurovla C.Qurbanova arasında mübahisə düşür.
Mübahisə zamanı C.Qurbanova əlindəki qələmlə F.Mansurovun gözünə
zərbə endirir.
“Cavidanla həmin gün aramızda kiçik mübahisə olmuşdu. Ondan yarım
saat keçməmiş qələmlə şahidlərin yanında gözümə vurdu və qan
töküldü. Bundan sonra mən 15 gün xəstəxanada yatdım. Ailəm məsələ
ilə bağlı Yasama rayon Polis İdarəsinə müraciət etdi. Lakin məsələ
araşdırılmadı. Bununla bağlı biz daxili işlər naziri Ramil Usubova
və Heydər Əliyev Fonduna müraciət etdik. Bundan sonra iş Yasamal
rayon Məhkəməsinə göndərildi. 2011-ci ildən 2013-cü ilə qədər
məhkəmədə cinayətlə bağlı qərar qəbul edildi və ona 4 il icbari iş
verildi”.
F.Mansurov bildirib ki, o və ailəsi bu qərardan razı deyillər və
Apellyasiya Məhkəməsinə müraciət edəcəklər.
C.Qurbanova barəsində hadisə ilə bağlı Cinayət Məcəllləsinin
221.3-cü maddəsi ilə (xuliqanlıq, silah və ya silah kimi istifadə
olunan əşyalardan istifadə ilə törədildikdə) cinayət işi
açılıb.
Qeyd edək ki, “Miss Azerbaijan 2014” gözəllik müsabiqəsinin qalibi
Cavidan Qurbanovaya ölkədən kənara çıxmağa qadağa qoyulub.
C.Qurbanovanın icbari iş almasından “Miss Azerbaijan 2014”
müsabiqənin təşkilatçıları da xəbərsiz olub. Hazırda “Azərbaycanı
"Bəşəriyyət gözəli 2014” (Miss Universe 2014) müsabiqəsində kimin
təmsil edəcəyi sual altındadır.
AzVision.az
-
Yaxın Şərq02:42“Shahed”in Amerika klonu İraqda peyda oldu - Video
-
Magazin201:41“Mələk” bu dəfə çiçək bağçasında bikini ilə poza verdi - Foto
-
Nida Xəbər 00:30İlham Əliyevin adı dünyanın ən nüfuzlu liderlərinin siyahısında
-
Qoroskop00:15Günün ulduz falı - Bu işıq bəzən zəif görünür...
-
ABŞ12 Mart 23:36ABŞ-da sinaqoqa hücum edən şəxs öldürüldü - Video/Yeniləndi
-
Region12 Mart 23:00Həkimə 300 dəfədən artıq müraciət edən QADIN ÖLDÜ
-
Magazin112 Mart 22:00Ağadadaş Ağayevin qızı ilə bağlı üzücü xəbər - “Onu itirə bilərəm”
-
Magazin212 Mart 20:12Məşhur aktrisanın ən pis öpüşü - Ağız qoxusuna dözə bilməyib






.jpg)





























