Tabloid.az
Ən gözəl aksessuar qabları - Fotolar
Bəzi qadınlar aksessuarlarını dolabda deyil, daha yaradıcı və qeyri-adi formada saxlamaq istəyirlər. Bu qadınlar adətən aksessuar dəlisi olanlardır. Alış-verişdə aksessuara böyük yer verən qadınlar onlar üçün xüsusi qarderob təşkil edir. Aksessuar dəlisi olan xanımlar hər geyimə uyğun bəzək əşyası ilə qarşımıza çıxır və özlərinə xas tərzləri olur. Bəziləri də var ki, onlar daş-qaşsız küçəyə çıxan zaman özünü narahat hiss edir.
Aksessuar almaq və onu geyimlə uyğunlaşdırmaq zövq tələb edirsə, onları yaxşı formada saxlamaq da məharət tələb edir. Bizə lazım olan aksessuarları - sırğaları, qolbaqları, saatları, boyunbağıları, üzükləri, broşları və digər saç bəzəklərini ayrı-ayrılıqda qruplaşdırmaq lazımdır.
Köhnə çərçivələrin, güzgülərin arxasını parça, yaxud yumşaq nəsə ilə bərkidib divardan asa bilərsiniz. Daha sonra sırğaları bərkitdiyiniz parçanın üzərindən asın.
Aksessuarları hazır sandıqça, yaxud qadın fiquru şəklində satılan qablarda saxlaya bilərsiniz.
Köhnəlmiş mətbəx əşyaları da bu işdə bizə kömək edə bilər. Məsələn, köhnə sürtgəcin dəliklərindən sırğalar asaraq sırğa qabı kimi istifadə edə bilərsiniz.
Taxta və plastmas qolbları boş butulkaların üstündən asmaq olar.
Digər bir təklif isə qızılı və gümüşü aksessuarları birlikdə uyğunlaşdırmaqdan ibarətdir.
Aksessuarları bu tərzdə saxlamaqla vaxtınıza qənaət edəcəksiniz. Çətin anlarda aksessuar axtarmaq yerinə, onları uyğunlaşdırmağı asanlaşdıracaq.
Tabloid.az ən gözəl aksessuar qablarının fotolarını təqdim edir:
-
Avropa17:12
Gürcüstana xəbərdarlıq edildi: Qəbuledilməzdir!
-
Sosial16:23
Parlament seçkiləri önə çəkilə bilər - Məzahir Pənahov
-
Nida Xəbər 15:48
Xəritə yayıldı: ermənilərin zəbt etdiyi bu ərazilər Azərbaycana təhvil verilir - VİDEO
-
Magazin115:26
Tələbələrimin hamısı yuxarıdan tapşırılır - VİDEO
-
İdman15:00
Bütün Avropa bu qızları axtarır - FOTOLAR
-
Sosial14:55
“İpoteka haqqında” Qanuna dəyişiklik edildi: Kimlərə sərfəli olacaq?
-
Hadisə14:08
Bakının mərkəzində özünü binadan atan 37 yaşlı kişi şirkət işçisi imiş - FOTOLAR
-
Sosial13:18
Azərbaycanda uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ