Tabloid.az
Oksana Rəsulova kimlərin cavabını verdi?
Hindistanın məşhur “İndias Best Cine Star Ki Khoj” adlı müsabiqəsində iştirak edən Oksana Rəsulovaya qarşı digər iştirakçılar narazılıqlarını bildiriblər.
Tabloid.az xəbər verir ki, bu haqda Oksana “Facebook” profilində yazıb:
“Bu şouda artıq 7 həftədir ən çox sms səsi olan iştirakçı seçilirəm. Digər iştirakçılar müsahibələrində bildiriblər ki, “biz Oksananın indiyə kimi super performansını görməmişik. Hind dili də çox zəifdir. Tamaşaçılar tərəfindən bu şouda toxunulmaz edilir, buna da gözəlliyi ilə nail olur”.
O.Rəsulova həmçinin həmin iştirakçıların cavabını verib:
“Kim mənim barəmdə nə deyirsə, qoy danışmağa davam etsin. Onların
söylədiklərinin heç bir əhəmiyyəti yoxdur. Mənim üçün münsiflərin
dedikləri əhəmiyyətlidir. Dostlar, məni səslərinizlə sonuncu
həftədə qalib edin. O həmin paxıl iştirakçılar bilsinlər ki,
Azərbaycanım mənimlədir. Var olun!”.
Onu da deyək ki, Oksana Rəsulovanın qatıldığı şou Hindistanın ən məşhur kanalı olan “ZEE TV”-də hər həftənin şənbə və bazar günü Bakı vaxtı ilə saat 20.30-da yayımlanır.
-
Dünya10:20Estoniya-Rusiya sərhədində böyük növbə: Kamran Əbilov səbəbini açıqladı
-
Maraq dünyası09:44Epşteynin 100 milyonluq sərvətinin varisi bəlli oldu: Belarusdandır
-
Sosial08:48Bakının iki qəsəbəsində QAZ OLMAYACAQ
-
ABŞ08:36ABŞ 50 illik təhlükəsizlik prinsipindən imtina etdi - Sərt qoruyucu tədbirlər tətbiq ediləcək
-
Avropa07:478 ildir sahibi tapılmayan təyyarə 10 avrodan hərraca çıxarıldı - FOTO
-
Ekologiya07:17Bu gün 40 dərəcə isti olacaq - PROQNOZ
-
İdman06:46“Barselona” onu yalnız bu halda satacaq
-
Magazin106:16Vüsalə bağ evindən görüntülər paylaşdı - VİDEO











.jpg)

























