Tabloid.az
Beşinci muğam müsabiqəsi başlayıb
Fevralın 16-da Beynəlxalq Muğam Mərkəzində Heydər Əliyev
Fondunun dəstəyi, Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında,
Azərbaycan Televiziyasının təşkilatçılığı, Mədəniyyət və Turizm
Nazirliyinin iştirakı ilə keçirilən beşinci muğam televiziya
müsabiqəsi başlayıb.
Tabloid.az AzərTAc-a istinadən xəbər verir ki, tədbirdə müsabiqə
haqqında məlumat verilib. Bildirilib ki, bu gündən etibarən
müsabiqəyə qatılmış ifaçıların çıxışları həftənin bazar ertəsi və
cümə günləri Azərbaycan Televiziyası və “Mədəniyyət” kanalında
birbaşa yayımlanacaq. Ənənəvi olaraq builki müsabiqədə də iştirak
etmək üçün 20 gənc ifaçı seçilib. Bərdə, Şamaxı və Bakıda
keçirilmiş seçimlərə 500-ə yaxın namizəd qatılıb.
Gənc ifaçıların çıxışlarını qiymətləndirən münsiflər heyətinin
tərkibinə muğam sənətinin mahir biliciləri, Xalq artistləri Əlibaba
Məmmədov, Arif Babayev, Səkinə İsmayılova, Mənsum İbrahimov, Ramiz
Quliyev, Əməkdar İncəsənət xadimləri Sərdar Fərəcov və Nadir
Axundov daxildir.
Bu gün incəsənətin bayramıdır, - deyən Xalq Artisti Əlibaba
Məmmədov bildirib ki, müsabiqəyə təkcə respublikamızda deyil,
dünyada yaşayan azərbaycanlılar da böyük maraq göstərirlər. Artıq
beşinci dəfədir keçirilən müsabiqə iştirakçılarının səsi dünyanın
hər bir yerindən gəlir.
Ə.Məmmədov müsabiqənin təşəbbüskarı olan Heydər Əliyev Fondunun
prezidenti Mehriban Əliyevaya və digər təşkilatçılara
minnətdarlığını bildirib, iştirakçılara uğurlar arzulayıb.
Sonra iştirakçılar ifalarını təqdim etməyə başlayıblar. Müsabiqənin
ilk günü münsiflər heyəti iştirakçılardan Novruz Hüseynov, Səriyyə
Pirimova, Miryusif Mirizadə, Ülviyyə Məmmədzadə, Şahmar Hacıyev,
Nisbət Sərdayeva, Türkay Məlikova, Misir Məmmədov, Sədəf Budaqova
və Maşallah Mirzəliyevin ifasında xalq mahnılarını dinləyib
qiymətləndiriblər.
Digər 10 iştirakçı isə cümə günü çıxış edəcək. Həmin gün münsiflər
heyəti tərəfindən verilən ballar toplanacaq və ən az səs yığmış
iştirakçı müsabiqəni tərk edəcək.
Qeyd edək ki, Heydər Əliyev Fondu muğam sənətinin qorunub
saxlanılması və yeni ifaçılar nəslinin yetişdirilməsi məqsədilə
2005-ci ildən muğam televiziya müsabiqəsi layihəsini həyata
keçirir. 2007-ci ildən bu layihə Azərbaycan Televiziyası ilə
yayımlanır. 2011-ci ildən isə müsabiqə “Mədəniyyət” kanalında da
nümayiş etdirilir.
Ötən illərdə keçirilmiş muğam televiziya müsabiqələrində 101 gənc
iştirak edib və qaliblər Heydər Əliyev Fondu tərəfindən müxtəlif
mükafatlara layiq görülüb. 2011-ci ildən isə müsabiqənin qalibləri
Azərbaycan Televiziyasının müxtəlif musiqi kollektivlərində solist
kimi işə qəbul olunublar.
-
İdman14:08“Barsa”nın futbolçusu ÇL-də qələbə qazandıqdan sonra çılpaq poza verdi – FOTO
-
Hadisə14:01Bakıda evə basqın: Ər və arvadı öldürüldü
-
Rəsmi xronika13:06Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Rəsmi xronika12:01Prezident müşavirə keçirdi - FOTOLAR
-
Sosial11:48İyun ayında 10 gün iş olmayacaq
-
Region11:12Rubio İrəvana gəlir: Ruslara akkreditasiya verilmədi
-
Hadisə10:33Bulvarda qadına qarşı əxlaqsızlıq edən tutuldu - VİDEO
-
Sosial09:42QMİ Qurban bayramı ilə bağlı fətva verdi











.jpg)



























