Tabloid.az
Füzuli Teatrı “Taleyin bir üzü” tamaşasını nümayiş etdirib
Horadiz şəhər Mədəniyyət Sarayında Füzuli Dövlət Dram Teatrı gənc yazar Şəbnəm Tofiqqızının Xocalı faciəsindən bəhs edən “Taleyin bir üzü” adlı əsərinin əsasında səhnələşdirilən tamaşa nümayiş etdirilib.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Alı Alıyev Xocalı soyqırımından danışaraq bildirib ki¸ Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, deportasiya, soyqırım siyasətinə məruz qalıb.
Xalqımız tarixi torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilib və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunub. Alı Alıyev deyib ki, Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır.
Sonra “Taleyin bir üzü” adlı tamaşa göstərlib. Füzuli Dövlət Dram Teatrının aktyorlar öz çıxışları ilə tədbir iştirakçılarının təsəvvüründə qanlı gecənin dəhşətini bir daha canlandırıblar. Xocalı soyqırımından bəhs edən ədəbi-bədii kompozisiyada müharibənin dəhşətləri, qəhrəmanın iztirabları təsvir olunub.
Qeyd edək ki, rayon İcra Hakimiyyəti tərəfindən Xocalı faciəsinin 22-ci ildönümü ilə bağlı hazırlanmış Tədbirlər Planına müvafiq olaraq rayonun bütün ərazisində soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb, sislilə tədbirlər keçirilib.
-
ABŞ03:18Tramp bu dəfə Obamaya söz atdı
-
Qoroskop01:40Günün ulduz falı: üzünüzə şans qapısı açılacaq
-
Magazin124 May 20:46Azərbaycanlı müğənni 3-cü dəfə evlənir
-
İdman24 May 20:18Portuqaliyalı baş məşqçi Azərbaycan klubundan ayrıldı - Haqqımda xəbər yayılmışdı ki...
-
Kriminal24 May 18:4821 yaşlı qadın qətlə yetirildi, əri saxlanıldı - Video/Təfərrüat
-
Magazin124 May 18:36"Küçədə uşağıma elə sözlər dedi ki..." - Aparıcının həyat yoldaşı od püskürdü
-
Ekologiya24 May 17:30Azərbaycanın bu ərazilərinə qar yağacaq
-
Region24 May 16:28Polis CHP-nin binasına girməyə çalışır - VİDEO























.jpg)










