Texnoloji
Azercell Binəqədi qəsəbəsində yeni Ekspres ofisini istifadəyə verdi - (R)
Bununla da Bakıda Ekspres
ofislərinin sayı 20-yə çatdı
Müştərilərinə operativ və keyfiyyətli xidmət göstərmək məqsədilə ölkənin telekommunikasiya bazarının lideri Azercell Telekom Bakıda və regionlarda Azercell Ekspres ofislərinin sayını artırmaqdadır. Belə ki, şirkət 11 apreldən etibarən Bakı şəhəri, Yeni Binəqədi qəsəbəsi, Mədən küçəsi, 3 ünvanında yeni AzEks ofisini abunəçilərinin ixtiyarına verib. Yeni AzEks ofisi hamı üçün rahat olan “bir nöqtədə üç xidmət”("one-stop shopping") konsepsiyası ilə çalışacaq.
Bu konsepsiyaya əsasən abunəçilər Azercell Ekspres ofisinə gələrək eyni anda üç xidmətdən yararlana bilər. Bu ofisdə həm telefon danışığına görə ödəmə həyata keçirmək, həm müştəri xidmətlərindən istifadə etmək, həm də yeni telefon və ya nömrə almaq mümkündür. Xatırladaq ki, məhz Azercell Telekom 2004-cü il avqustun 27-də Bakıda ilk Azercell Ekspres ofisini istifadəyə verməklə MDB dövlətləri arasında öz abunəçilərinə bu xidmət konsepsiyasını təqdim edən ilk şirkət oldu.
Öz şəbəkəsini və əhatə dairəsini genişləndirən Azercell-in hal-hazırda Bakıda 20, regionlarda isə 30 Ekspres Ofisi fəaliyyət göstərir. Bundan əlavə Azercell-in Bakı şəhərində 4, bölgələrdə isə 6 Müştəri Xidməti mövcuddur. Binəqədidə açılan yeni ofis Binəqədi sakinlərinə operativ və rahat xidmət göstərməklə yanaşı, eyni zamanda ölkənin ən nümunəvi və peşəkar abunəçi xidmətindən yararlanmağa imkan yaradacaq.
Abunəçilərinin operativ və keyfiyyətli xidmətdən istifadəsini təmin etmək üçün Azercell bütün ölkə boyu Ekspres ofislərinin sayını artırmaqda davam edir. Bu ilin əvvəlindən Azercell artıq 3 Ekspres ofisini abunəçilərin ixtiyarına verib. Azercell il ərzində Bakıda 3, regionlarda isə daha yeni 5 AzEks ofisini istifadəyə verməklə abunəçilərini sevindirəcək.
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
























.jpg)















