İdman
Rusiyalı deputat İsraildə xokkey oynadı: Ukraynanın etirazına məhəl qoyulmadı
İsrailin Aşdod şəhərində Rusiya Dövlət Dumasının deputatının iştirakı ilə xokkey oyunu keçirilib.
Publika.az xəbər verir ki, bu barədə “United24” məlumat yayıb.
Tədbir Rusiya ilə İsrail arasında diplomatik münasibətlərin 35 illiyinə həsr olunub.
“Rusiya Xokkeyinin Əfsanələri” və “İsrail Ulduzları” komandaları bir-biri ilə qarşılaşıblar. Matç Rusiya komandasının 5-2 hesablı qələbəsi ilə başa çatıb.
Rusiya komandasının heyətində Vyaçeslav Fetisov, Vladimir Mişkin və Sergey Svetlov da daxil olmaqla bir sıra keçmiş xokkeyçilər olub.
Qeyd etmək lazımdır ki, karyerası ərzində NHL-də oynamış Fetisov hazırda Rusiya Dövlət Dumasının üzvüdür. Keçmiş idmançı Ukraynaya qarşı hərbi təcavüzü dəstəklədiyinə görə AB, ABŞ və Ukrayna tərəfindən tətbiq edilən sanksiyalar altındadır.
“United24” verdiyi açıqlamada qeyd edib ki, oyundan əvvəl Ukraynanın İsraildəki səfirliyi İsrailin idman və mədəniyyət naziri Miki Zohara oyunu ləğv etməsini xahiş edən məktub göndərib, lakin heç bir cavab almayıb.
Rusiyanın təbliğat nəşri TASS- ın məlumatına görə, matçı Rusiya, Qazaxıstan, Belarus və Çin səfirləri izləyiblər.
-
Cənubi Qafqaz15:52Moskva-İrəvan xəttində dəmir yolu böhranı - Ermənistan Rusiyaya etiraz edir
-
Rəsmi xronika15:43İlham Əliyev Azərbaycanla Özbəkistan arasında iki sənədi təsdiqlədi
-
Sosial15:22Birdəfəlik sosial müavinətlər ödənildi
-
Magazin114:46“Boşanmalarda 99% qız tərəfi günahkardır” - Aşıq Zülfiyyə
-
Region14:10Ermənistan parlamentində müzakirə: Müxalifət hansı ölkəyə işləyir?
-
ABŞ13:46Vens xalqa səsləndi: Təşvişə düşməyin, amma ... - Nə baş verir?
-
İdman13:10Messinin həyat yoldaşı Maçu Pikçudan cazibədar FOTOLAR paylaşdı
-
Avropa12:04Bu ölkənin prezidenti Saakaşvili haqda ədəbsiz ifadə işlədib - Lavrov adını açıqladı






































