Bir bax
Bir memarın möcüzələri... FOTOLAR
Dahi ispaniyalı memar Antonio Qaudi 1852-ci ilin 25 iyununda Kataloniyada dünyaya gəlir. Bu memarın işləri insanı sehrli, fantastik aləmə aparır... O aləmin adı isə Barselonadır...
“Qaudi ya dəlidir, ya da ki, dahi” ... frazası tez bir zamanda məşhurlaşır. Memarın yaradıcılığını və həyatını təsvir edərkən məhz bu ifadədən istifadə olunur. Niyə də yox? Axı memar dünyanın quruluşunu öyrənməyə çalışır və onu Tanrının özü ilə birgə qurmağı düşünürdü...
Antonio Qaudi-i-Kornet (1852-1926) öz həyatı boyunca on səkkiz
memarlıq layihəsini həyata keçirir. Kataloniyalı memarın layihələri
əsasında tikilmiş binaların çox hissəsi isə Barselonada
yerləşir.
Memarın qeyri-adi arxitektura təcrübələri keçirdiyi bu şəhər həm
onun evi, həm laboratoriyası olur.
Kataloniya, ümumiyyətlə, kifayət qədər qeyri-adi məkan sayılır.
Bunun səbəbi isə heç də buranın qotika və mavritan stilini bir
yerdə cəmləməsində deyil.
Yeri gəlmişkən, kataloniya simvolikasına əsasən, qara rəng matəm
rəngi, sarı rəng isə rüsvayçılıq rəngi hesab edilir.
Qaudinin bəxti bir şeydə gətirir. Belə ki, Antonio Qaudi onun
memarlıq ideyalarını bölüşən bir insanla tanış olur.
Böyük sənaye sahibi, mesenat və estet Quel Eusebio Qaudi üçün
maliyyə mələyi rolunu oynayır.
Öz himayədarı üçün memar şəhər evi (1886-1888) və malikanə
(1885-1888) inşa edir. Bir müddət sonra isə o, Quel parkının
layihəsi üzərində işləyir. Monte Pelada dağında salınan şəhər-bağın
sığınacaq kimi istifadə olunması planlaşdırılırdı. Parkın altmış
hissəyə bölünərək imkanlı insanlara satılması nəzərdə
tutulurdu.
Ancaq yalnız iki sahə satılır. Onlardan birini isə Qaudi özü alır.
Hətta baş tutmamış bu layihə belə dostları bir-birindən
ayırmır.
Antonio Qaudi özünün tikdiyi şəhərdə həlak olur. Qaudi
olmasaydı, Barselona da olmazdı...
1962-ci ildə Quel Parkının memarlıq ansamblı Barselonanın bədii
abidəsi, 1969-cu ildə isə ölkənin milli əhəmiyyətli abidəsi elan
olunur. 1984-cü ildə Quel parkı, Antonio Qaudinin bütün əsərləri
kimi, YUNESKO-nun mədəni irs siyahısına daxil edilir.
Aytən Cavanşir
-
Sağlamlıq13:19Avqusta qədər qarpız yeməyin! - Həkimdən xəbərdarlıq
-
MDB12:50İran şahının oğlu Odessada peyda oldu - VİDEO
-
MDB12:27Rusiyanın 4 regionuna yay əvəzinə qış gəldi - Dəhşətli iqlim dəyişiklikləri(VİDEO)
-
Maraq dünyası12:1940 milyon yaşı olan lələk tapıldı - FOTOLAR
-
Region10:28Rusiya-Ermənistan münasibətlərində gərginlik - Səfir Moskvaya çağırıldı
-
Hadisə10:10Ağdərədə insana məxsus sümük qalıqları tapıldı - FOTO
-
İdman09:45Bu gün UEFA Çempionlar Liqasının qalibi müəyyənləşəcək
-
Dünya08:15Bu ölkənin qırıcıları Rumıniya səmasında
























.jpg)










