“Pullarım, qadınlarım və yəhudi mənşəyim” - FOTOLAR
Bizi izləyin

Bizim tərcümə

“Pullarım, qadınlarım və yəhudi mənşəyim” - FOTOLAR

Fransalı siyasətçi, iqtisadçı Dominik Stross – Kan:

2012-ci ildə Fransada keçirilən prezident seçkilərində öz namizədliyimi irəli sürsəydim, qarşılaşacağım çətinliklər bunlar olacaqdı: mənim pullarım, qadınlarım və yəhudi mənşəli olmağım...

İstəyirəm ki, insanlar doqquzdəqiqəlik xəyanəti başqalarına bağışladıqları kimi, mənə də bağışlasınlar...

Sonu olmayan arzudan pis şey yoxdur..

Bir çoxları düşünür ki, mənə qarşı yürüdülən ittihamlar yalnız reklam xarakteri daşıyıb və əsas məqsəd bütün televiziya kanallarında görünməyim olub. Birinci dəfə bunu eşidəndə əsəbiləşdim, sonra fikirləşdim ki, 1990-cı ildə heç bir insan bunu söyləyə bilməzdi. Televizorda görünmək xatirinə müxtəlif realiti-şoulara qatılıb, Amazonka meşələrində tarakan yeyən insanlar sonradan peyda oldu. Siz düşünürsünüz ki, mən həmin insanlardanam?

Seks çox hallarda səhv addım olur.

Heç bir insan sui-qəsd nəzəriyyəsinə inanmır, ta onun bir hissəsinə çevrilməyənə qədər.

Bir şeydə əminəm: mən heç vaxt vəzifə hədlərimi aşmamışam.

Mehmanxana nömrəsindəki gecənin nə ilə bitəcəyi heç vaxt məlum deyil...

İstəyirəm ki, insanlar doqquzdəqiqəlik xəyanəti başqalarına bağışladıqları kimi, mənə də bağışlasınlar.

Mənəvi enişdən heç kimə həzz almır...

Nədənsə ciddi peşmançılıq çəkməyə başladığın andan etibarən fasilə etmək çətin olacaq.

İstənilən hökmü – xeyrinə və ya əksinə - eyni diqqətlə dinləməlisən.

Müasir ədalət çox effektlidir. O, sənə söz verməmişdən qabaq səni məhv etməyi bacarır.

Oğruların olması təəccüblü deyil. Təəccüblü olan polisin onları həbs etməməsidir.

Heç vaxt öz üzərinə başqalarının cavab verməli olacağı riski götürməyin.

Gələcəyin xoşbəxt olacağını söyləyən insanlara inanmayın.

Putinin Sarkozini öz dostu adlandırmasına təəccüblənmirəm.

2012-ci ildə Fransada keçirilən prezident seçkilərində öz namizədliyimi irəli sürsəydim, qarşılaşacağım çətinliklər bunlar olacaqdı: mənim pullarım, qadınlarım və yəhudi mənşəli olmağım...

Mənim kimi insanlar Fransada demək olar ki, yoxdur. Fransızların ümidlərini doğrultmadığıma görə, peşmanam.

Sonu olmayan arzudan pis şey yoxdur.

Böyüməyin iki yolu var: ya özünü çox dinləməyə başlayırsan, ya da başqalarını.

Mənə elə gəlir ki, insanlar etmədiklərinə görə daha çox peşman olurlar, nəinki etdiklərinə görə...

Qadınların bu an məhz mənim haqqımda düşünmələrini təsəvvür etmək çətindir.

Psixologiyaya bir o qədər inanmıram.

Vaşinqtonda daha heç bir işim qalmayıb.

Hələ heç kim qalstukdan isidici vasitə kimi istifadə etməyib.

Amerikalı aktyor, səfir Sidni Puatye:

Gülüşlər, musiqilər, səslər – bütün bunlar insan beynini formalaşdırır ...

Rahat həyat sürən insanlar xatırlamalıdırlar ki, üçüncü dünyadan onları kilometrlər yox, onillliklər ayırır...

Məni üç dəqiqə ərzində başa düşmək asan məsələ deyil. Mən, sadəcə, qeyri-adi həyat yaşamış ən adi adamam.

Böyüdükcə insanın içindəki qorxu azalır.

Uşaqlıda ölümdən qorxurdum, on beş yaşımda, iyirmi beş yaşımda da qorxmuşam, amma ən çox otuz üç yaşımda. Çünki mən dindar ailədə böyümüşdüm...

İnsan həyatı çox bəsitdir. Hamımız ağrıdan əziyyət çəkir, ümidlərə bel bağlayır, nəyisə gözləyir, hamımız nədənsə qorxur və imkanları əldən buraxdığımıza görə təəssüflənirik.

Anadan olduğum günün ikinci ya üçüncü günü ölməli idim. Mən təyin olunan vaxtdan qabaq doğulmuşdum. Hamı sağ qalmayacağımı söyləsə də, anam buna inanmaq istəmirdi. O, baxıcının yanına gedib soruşdu: “Oğlumu nə gözləyir?” .

O cavab verdi: “Narahat olma, o, sağ qalacaq. O, kralların arasında olacaq, qızıl külçələrin üstündə yeriyəcək və elə edəcək ki, səni hamı tanıyacaq”.

Məktəb heç nədir. Biz orada öyrəndiklərimizlə formalaşmırıq. Bizi ömrümüzün ilk üç-dörd ilindəki hadisələr ərsəyə gətirir: Gülüşlər, musiqilər, səslər – bütün bunlar insan beynini formalaşdırır ...

Uşaq vaxtlarımda Ket adasında (Baham adalarından biri, Puatyenin vətəni – red.) quşatanla ova çıxır, quşları öldürürdüm. Bu həyatı boyu ən çox peşman olduğum addımımdır. Hər bir həyatın necə dəyərli olduğunu çox gec başa düşdüm...

Yaşadığımız adada iki ağ adam vardı – həkim və satıcı. “Ağ”, “qara” kəlmələri mənim üçün “arıq”, “hündür” və ya “qoca” sözləri kimi bir şey idi. Biz Mayamiyə köçəndə hər şey dəyişdi, ətrafda hamı sanki: “özündən razı olma, elə də mühüm adam deyilsən”- deyirdi. Adətən, “kiməmsə, özümü elə də hesab edirəm. Mən sənin düşündüyün, təsəvvür etdiyin insan deyiləm” – cavab verirdim.

1940-cı illərdə Nyu-Yorka köçdüm. Qab yumaqla çörəkpulu qazanırdım. Yadımdadır, “Amsterdam-Nyuz”u (1909-cu ildə çap olunan afroamerikan qazeti –red.) əlimə götürdüm və iş elanlarına göz gəzdirdim. Ancaq heç kim qabyuyan axtarmırdı. Birdən gözüm: “aktyor axtarılır” sözünə sataşdı. Afroamerikan teatrı. Sınaqlarda bərbad oynadığıma görə qovdular. Rejissor arxamca: “Ən yaxşısı, qab yumağa davam et” – dedi. Axı mən ona qabyuyan işlədiyimi deməmişdim. Yəqin, o düşünüb ki, başqa işə yaramıram. Beləcə, aktyor olacağımı qərarlaşdırdım.

1960-cı illərdə əksəriyyət qaraların məndən zəhləsi gedirdi. Mən onlar üçün ağlara xidmət göstərən, ağ liberalların arzularını həyata keçirən Tom Əmi idim. Ancaq o vaxtlar Martin Lüter Kinqi də Tom Əmi adlandırırdılar.

Komfort həyat sürən insanlar xatırlamalıdırlar ki, üçüncü dünyadan onları kilometrlər yox, onillliklər ayırır...

1997-ci ildə Baham adalarının Yaponiyadakı səfiri oldum. Amma mən ömürlük o vəzifədə qalmağı arzulamırdım.

Müasir insanın söz ehtiyatındakı ən güclü söz “yox” sözüdür. Xüsusilə, onu özünə deyirsə...

Uzunömürlüyün resepti yoxdur. Lakin məndən soruşsanız, cavab verərəm: balıq və tərəvəz çox yeyirəm, alkoqolsuz keçinirəm. Harasa piyada çata bilərəmsə, piyada gedirəm. Düzdür, səksən yaşımı keçəndən sonra yerişimdən bir o qədər xoşuma gəlmir.

Bu fraza ilə tanışsınız? : “Səhər yeməyinin yatağına gətirilməsini istəyirsənsə, mətbəxdə yat”. Mən bu qayda ilə yaşayıram.

Əfv müxtəlif olur. Ən çətini özünü bağışlamaqdır.

Hamımızı mövcudluğumuz narahat edir.

Sakitliklə aram həmişə yaxşı olub. Mən onu dinləməyi və onun kimi yaşamağı öyrənmişəm...

Tərcümə: Aytən Cavanşir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm