Stiv Cobs: “Apple”dən da ehtiyatlı olun, o da sizi kəmağıl edə bilər”
Bizi izləyin

Bizim tərcümə

Stiv Cobs: “Apple”dən da ehtiyatlı olun, o da sizi kəmağıl edə bilər”

Bu gün tanınmış Amerika ixtiraçısı və biznesmeni, “Apple INC.”şirkətinin yaradıcılarından biri, qurumun direktorlar şurasının sədri və baş icraçı direktoru Stiv Cobsun doğum günüdür.

Publika.az “Bizim tərcümə” layihəsində informasiya texnologiyaları sahəsinə yenilik gətirən dahi şəxsiyyətin qısa bioqrafiyasını və həyati kəlamlarını təqdim edir.

Stiv Cobs 1955-ci il fevralın 24-də San-Fransiskoda, amerikalı Coan Karol Sşieble (alman miqrantı idi) və Suriya əsilli Abdulfattah Con Candalinin qanundankənar övladı kimi dünyaya gəlib.

Anası tələbə olduğundan və körpə uşağa baxa bilmədiyindən onu körpələr evinə verirlər. Doğulandan 1 həftə sonra o, Kaliforniyadan Pol Cobs və Klara Cobsun ailəsi tərəfindən övladlığa götürülür.

Stivin doğma valideynləri Coan və Abdulfattah sonradan ailə qururlar və onların Mona adlı qızları da dünyaya gəlir.

Stiv və Mona ilk dəfə 1986-cı ildə görüşürlər və o vaxtdan münasibət saxlamağa başlayırlar. Stiv Cobs vaxtaşırı Manhettendə yaşayan doğma anasını ziyarət edir və hətta onu bir neçə dəfə öz tədbirlərinə də çağırır. Atası Candali iddia edir ki, o, oğlunu heç zaman övladlığa vermək istəməyib, amma qızın valideynləri qızlarının suriyalı ilə əlaqələrini bəyənmirmişlər. Candalinin cəhdlərinə baxmayaraq, Stiv heç zaman doğma atası ilə görüşmək istəməyib.

Ondan valideynləri haqqında soruşanda Stiv qətiyyətlə bildirmişdi: “Mənim valideynlərim Pol və Klara Cobsdur".

Stiv Cobs 16 yaşında tərəfdaşı Stiv Voznyakla birlikdə ilk “Apple” personal kompüterini yaradıb. 1985-ci ildə Amerikanın prezidenti Ronald Reyqan bu sahədəki xidmətlərinə görə onları medalla təltif edib. Bundan sonra Cobs şirkətdən gedib və bazarda “Apple”nin mövqeləri zəifləyib. 1997-ci ildə Cobsun şirkətə qayıtması onu yenidən dünya birincisi edib. İndiyədək dünyada təxminən 108 milyon ədəd “iPhone” telefonu satılan “Apple” dünyanın ən bahalı şirkəti sayılır.

Cobs 2011-ci ildə qaraciyər xərçəngindən vəfat edib.

Publika.az onun sitatlarını təqdim edir:

...Vaxt vardı ayrıca otağım yox idi. Mən dostlarımgildə döşəmədə yatırdım və pul qazanmaq üçün “Cola” şüşələrini satırdım. Xeyriyyə təşkilatının təşkil etdiyi naharı yemək üçün hər bazar günü isə 10 kilometr yol qət edirdim. Bu, çox gözəl vaxtlar idi...

...İnsanların sifarişi əsasında yaxşı məhsul hazırlamaq mümkün deyil. Onlara hazır məhsulu göstərməyincə nə istədiklərini özləri də bilmirlər... Müştəridən nə istədiyini soruşa bilməzsiniz. Çünki siz həmin məhsulu hazırlayan zaman, onlar yeni bir şey istəyəcəklər...

...Ölüm - həyatın ən gözəl ixtirasıdır. O, dəyişikliklərin səbəbkarıdır. Ölüm yenisinə yol açmaq üçün köhnələri təmizləyir...

“Mac OS X” haqqında: “Biz işarələri ekranda elə gözəl hazırlamışıq ki, hətta siz onları yalamaq istəyəcəksiniz”

...Bəli, mən marixuanadan istifadə etmişəm və LSD-nin dadına baxmışam. Buna görə utanc hissi keçirmirəm.

...Həyatdan həzz almaq və həyatın mənasını öyrənmək sizi məqsədə doğru aparır. Məhz bunlar sizə sağlamlıq, uzunömürlülük və çətin anlarda stimul verir...

...Mənim müxtəlif qadınlarım olub. Lakin onların arasında ən yaxşısı öz şəxsi arvadlarım idi...

...Televizor sizi ağıldankəm edir və zamanınızın çoxunu əlinizdən alır. Söndürün onu və beynin boz maddəsini qoruyun. Kompüter “Apple”-dən da ehtiyatlı olun, o da sizi kəmağıl edə bilər...

...Mən özümün bütün texnoloji yeniliklərimi bir gün Sokratı görmək üçün qurban verərdim...

...Biz başqa insanların tikdiyi geyimləri geyinirik. Başqa insanlar tərəfindən icad olunmuş dildə danışırıq. Biz başqa insanların düşünüb hazırladıqları yeməkləri yeyirik. İndi isə bəşəriyyətə xeyir vermək üçün bizim vaxtımız çatıb...

...Əgər siz həyatınızın hər bir gününü sonuncu gün kimi keçirsəniz, əvvəl-axır yanılmayacaqsınız.

...Son 33 ildə güzgüyə baxıb özüm-özümə sual verirəm: “Görəsən, həyatımın son günü bu gün olacaq? Bu gün planlaşdırdığım işləri yerinə yetirə biləcəyəmmi?”...

Stiv Cobs “Windows” istifadəçiləri üçün “iTunes”un məşhurluğundan danışarkən: “Bu, sanki, cəhənnəmdə bir stəkan buzlu sudur”.

...Gənc olanda televizorda təqdim olunanlara baxıb, teleşirkətlərin razılığa gələrək, bəşəriyyəti ağılsızlaşdırmağa çalışdığını düşünürsən. Bir qədər böyüdükdən sonra isə anlayırsan: insanlar özü ağılsızlıq istəyir. Kiminləsə razılığa gəlmək pis deyil. Hər zaman əclafları güllələyib inqilaba başlamaq olar. Əslində isə heç bir razılıq yoxdur, teleşirkətlər, sadəcə, insanları əyləndirir. Təəssüf ki, bu həqiqətdir....

...Keçmiş hadisələrə nəzər salanda mənim “Apple” şirkətindən qovulmağım həyatımda baş verən ən yaxşı hadisə idi. Mən “uğurlu insan” damğasından qurtulub, yenicə “işə başlayan” statusunu aldım. Bu, mənə daha çox azadlıq verdi və yeni yaradıcılığma qədəm qoymağa imkan yaratdı...

...Mən bir insanı işdən qova, sonra isə ona zəng edib yeni layihə haqda müzakirə apara və yeni işə təyin edə bilərəm. Keçmiş mənim üçün əhəmiyyət daşımır, mənim üçün gələcək əhəmiyyətlidir...

...Həyatında heç vaxt səhv etməyən uğurlu insan mövcud deyil. Səhv edərək planlarını dəyişən və keçmişdən dərs götürən uğurlu insanlar var. Mən də bax belə oğlanlardan biriyəm...

...HP”də ilk iş günümü xatırlayıram. Həmin gün çox xoşbəxt və sevincli idim. Çünki Kris adlı rəhbərimlə görüşəcəkdim. Ona dedim ki, mənim sevgim elektronikayadır və ondan nəyi sevdiyini soruşdum. O, mənə baxdı və dedi: “Daha çox seksi sevirəm...

...İnsanlar bizə inteqrasiyaya görə pul ödəyirlər. Çünki onların sutkada sürətlə düşünməyə vaxtı yoxdur...

...İnanıram ki, insanın keyfiyyəti ətraf mühitlə formalaşır nəinki irsən keçir...

...Səhv etməmək qüsurlu həyat yaşamaq deməkdir...

...Kompüter sanki velosipeddir. Lakin o, bizim şüurumuzun velosipedidir.

...Əgər keçmişi geri qaytarmağa imkanım olsa, 25 yaşımdakı vaxta gedib öz-özümə deyərdim: “Axmaq müsahibələrə razılaşma. Səfeh fəlsəfi boşboğazlıqlara vaxt ayırma”...

...Mən nadir insanlardanam ki, ildə yarım milyon dollar itirməyin nə olduğunu bilirəm. Bu, insan şəxsiyyətini formalaşdıran amildir.

...Heç kim ölmək istəmir. Hətta cənnətə düşmək istəyən insanlar belə ölmək istəmir. Buna baxmayaraq, ölüm hamımız üçün təyin olunmuş məntəqədir. Heç kim heç vaxt ondan qaça bilməz...

...Tezliklə öləcəyimi düşünürəm və bu, əsas vacib alət kimi həyatımda çətin qərarları qəbul etməyə kömək edir. Ölümü xatırlamaq - nələri itirə biləcəyiniz haqda olan düşüncələri beyninizdən silir və siz daha güclü fəaliyyət göstərməyə başlayırsınız. Artıq risk etməkdən də qorxmursuz. Burada hətta ürəyinizin səsinə qulaq asıb, ayaq da saxlamırsınız...

...Sizin vaxtınız məhduddur. Başqa insanların daxili aləminizi korlamağa qoymayın. Və ən əsası, gücünüzü toplayıb ürəyinizin səsinə, intuisiyanıza arxayınlaşıb irəli gedin. Onlar sizin nə istədiyinizi daha yaxşı bilir...

...Məncə, bütün dinlər eyni evə aparan qapılardır. Hərdən bu evin mövcud olduğuna inanıram, hərdən də yox. Bu, dünyanın ən böyük müəmmasıdır...

...Məyus olub həyatı tərk etmək lazım deyil. Yalnız həyat sizi tərk edibsə, onda məyus olmağa dəyər...

...İşin öhdəsindən gəlmək üçün bir çıxış yolu var – onu sevmək...

...Biz dünyaya gəlmişik ki, fayda verək. Başqa nə üçün gələ bilərik?..

...Mənim işim insanların həyatını asanlaşdırmır. Mənim işim onların həyatını daha da yaxşılaşdırır...

...5 saat ərzində daha yaxşı təklif irəli sürülməsə, şirkətin adını “Alma” qoyacağam.

...Qəbiristanlıqda ən varlı insan olmaq istəmirəm... Yaşxı şeylər düzəltdikdən sonra qəbirdə uzanmaq daha yaxşıdır...

...Dünyada izimi elə qoymaq istəyirəm ki, onun səsi bütün kainatdan gəlmiş olsun!..

Tərcümə: Nərmin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm