Bizim tərcümə
“Mənə seks-simvol adını qoysalar, səhnəni tərk edərəm”
Alicənab kişi, 18-dən 80 yaşa kimi istənilən qadının arzusu - belə bir imicə hər adam layiq görülə bilməz. Lakin Böyük Britaniyalı aktyor Kolin Fert bu deyilənləri özündə birləşdirə bilib. O, elə əvvəldən – hələ məşhurlaşmadığı dövrdə də çoxdanışan olmayıb. Buna baxmayaraq, Kolin ən xarizmatik kişilərdən biri hesab olunur.
Publika.az “Bizim tərcümə” layihəsində məşhur Hollivud aktyoru Kolin Fertin həyat hekayəsini təqdim edir.
Pərəstişkarlar Kolini daha çox “Qürur və qərəz” serialında nazik köynəkdə gölməçədə üzməsi ilə xatırlayır. Aktyor isə ona yaraşıqlı deyilməsinə gülərək münasibət bildirir: “Proqramların birində müsahibəmi bu kəlmə ilə başladım: “Mənə seks-simvol adını qoymağa cəhd edin, onda ayağa durub zalı tərk edəcəm”.
“Deyə bilmərəm ki, Hollivud məni inadla izləyib, lakin heç mən də Hollivudun arxasınca düşüb izləməmişəm”
Müəllim ailəsində böyüyən Kolin gələcəkdə hansı sənəti seçəcəyini müəyyən etməkdə çətinlik çəkib. Onun anası dindən, atası isə tarixdən dərs deyib. Boş vaxtlarında isə valideynlər missionerliklə məşğul olurmuşlar. Ona görə də Kolinin darıxmağa belə vaxtı qalmırmış. Ailə tez-tez yaşayış yerini dəyişib və Kolin uşaqlıq illərini Nigeriyada keçirib.
Ailənin yaşayış yerini tez-tez dəyişməsi utancaq Kolinə pis təsir edirmiş. Çünki Kolin insanlara çətinliklə qaynayıb-qarışırmış. Məktəbdə onu “sürgün olunmuş adam” hesab edirmişlər. Nəticədə, oğlan çətin idarə olunan yeniyetməyə çevrilib: kimya və fizika dərslərinə girməmək, gitara, rok-qrup, tiryək... Və əlbəttə ki, böyüklərin sözündən çıxmaq! Valideynləri onu özləri kimi müəllim edə bilməyiblər. Valideynlərinin “yarasına” “duz səpən” Kolin yaşıdlarının acığına teatr studiyasına yazılıb.
“İlk oynadığım filmdən “Oskar” mükafatını alana qədər hər şeydə bəxtim gətirdi”
Kolin Fert həqiqətən də ilk oynadığı filmdən başlayaraq, tamaşaçıların sevimlisinə çevrilib. O, elə bu gün də hamının sevimlisidir. Ümumiyyətlə, Kolin ssenariləri çox diqqətlə oxuyur. Onun fikrincə, rollar az olsa da, ancaq yaxşı rol olmalıdır. Bu prizmadan çıxış edən Kolin “Kral danışır!” filmində rol alıb. O, filmdəki qəhrəmanının daxili mübarizəsini anlamağa çalışırmış. Kolin etiraf edib ki, filmdə keçirdiyi qorxu hissləri əslində onun özünün daxili qorxusu olub. O da bir çox aktyorlar kimi kamera qarşısında həyəcan keçirirmiş. Kolin pəltək kral obrazını oynamaq üçün danışığında qüsur olan insanlarla çalışan həkimin yanına gedib, eləcə də loqoped işləyən bacısı ilə məşq edib.
Kolin heç zaman özünü yaraşıqlı kişi hesab etməyib.
“Uşaqlarımdan soruşun - görün onları səhər tezdən məktəbə nə kökdə yola salıram. Onda mənə bir daha seks-simvol adını qoymazsınız”
Aktyor bu mövzu ilə bağlı başına gələn maraqlı bir hadisəni danışmağı sevir. Bir dəfə Kolinin barmaqları pəncərənin arasında qalıb. Köməyə gələn qonşu Kolini bu halda görərək onunla məzələnib: “Begemota oxşayan sifətin, alt paltarın və çəkələyinlə heç də kino ulduzuna bənzəmirsən”.
Kolin bir dəfə tamaşaya hazırlaşarkən hava almaq üçün teatr binasının arxa qapısından çölə çıxıb. Lakin bu vaxt qapı bağlanıb və o, küçədə qalıb. Kolin binaya daxil olmaq üçün foyenin qarşısına gəlib. Qəribə geyimdəki şəxsin zala daxil olması tamaşaçıların diqqətini çəkib. Bir dəfə isə Kolin çəkilişlər zamanı liftdə qalıb. Ən pisi isə odur ki, Kolin klaustrofobiyadan (qapalı yerdə qalmaq – red.) əziyyət çəkir.
“Ən böyük qorxularımdan biri də ictimaiyyət qarşısında çıxış etməkdir. Əslində, ondan hamı, hətta siyasətçilər də qorxur. Amerikada “Sən daha çox nədən qorxursan?” sualı ilə sorğu keçirilib. Məlum olub ki, respondentlərin əksəriyyəti ölümdən çox ictimaiyyət qarşısında çıxış etməkdən qorxur. Komik ustalardan biri zarafatca bunu belə təsvir etmişdi: Əksər insanlar dəfndə nitq söyləməkdənsə, tabutda uzanmağa üstünlük verir”.
Fert şəxsi həyatının gündəmə gətirilməsini də sevmir. Onun aktrisa Meq Tilli ilə ilk nikahı uğursuzluqla bitib. Tilli hər şeydən uzaqlaşıb sevgilisi ilə natural təsərrüfatla, məsələn, mebel hazırlamaq, meyvə-tərəvəz becərmək istəyirmiş. Cütlük bir neçə il ərzində Kanadanın ucqar bir kəndində təcrid olunmuş şəkildə yaşayıb. Lakin belə həyat tərzi tezliklə Ferti bezdirib.
Onlarin azyaşlı oğlu belə dağılmaq üzrə olan nikahı qoruyub saxlaya bilməyib. Fert çəkilişlər zamanı italyan əsilli başqa bir aktrisa ilə tanış olub. Kolin etiraf edir ki, nəinki həmin aktrisaya, hətta onun timsalında bütün İtaliyaya aşiq olub.
Tərcümə: Nərmin
-
Ekologiya14:08
Yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ
-
İqtisadi gündəm14:00
Aksiz vergisi 4 manat 18 qəpikdir: Bazarda isə litri bir manata olan araq satılır
-
Nida Xəbər 13:16
Məsuliyyətə cəlb edilən polkovnik, görün, kimin oğludur?
-
Magazin113:07
Əməkdar artist bu fotonu gördü: göz yaşları "SEL OLDU" - VİDEO
-
Qoroskop11:49
Ən yalançı bürclər - Bundan həzz alırlar
-
Nida Xəbər 10:52
Bu mərkəzə direktor təyin edildi - FOTO
-
Səhiyyə10:18
Dərmanlar ucuzlaşacaq? - Bu qərar qəbul edilərsə...
-
Art09:10
Başına müsibətlər gələn, 35 yaşında ölən aktyorun faciəvi həyat yolu