Cinayət tarixçəsi
“Dedi ki, uşaq vaxtı sənin başına oyun açıblar”
Gəncə şəhər sakini, 1982-ci il təvəllüdlü Rasim Məmmədov həmyerlisi Kəbir Salahovu bıçaqlayaraq öldürməyə cəhd edib. Publika.az-ın araşdırmasına görə hadisə 2011-ci il, oktyabrın 26-da baş verib.
Rasim Məmmədov həmin gün, saat 00:30-da Gəncə şəhəri, Mahrasa Bağında yerləşən "Şəms" şadlıq sarayının qarşısında əvvəllər tanıdığı Kəbir Salahov ilə rastlaşıb. Köhnə tanışlar bir qədər söhbət ediblər. Bu zaman Rasim Kəbir Salahova "uşaq vaxtı sənin başına oyun açıblar", deyə bildirib. Kəbir Salahov da ona eyni ifadəni işlədib. Buna görə də onların arasında mübahisə yaranıb. Bu zaman Rasim Məmmədov şəxsi münasibətlər zəminində üstündə olan bıçaqla Kəbir Salahovu bir dəfə vurub. Kəbir Salahov ətrafdakıların köməkliyi ilə xəstəxanaya çatdırılıb. Vaxtında tibbi yardım göstərilməsi nəticəsində onun həyatını xilas etmək mümkün olub. Hadisəni törədən həbs edilib.
"Uşaq vaxtı sənin başına oyun açıblar"
Bu əməli ilə Rasim Məmmədov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham edilib və cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə araşdırılıb.
Məhkəmədə ifadə verən Rasim Məmmədov ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Kəbir Salahovu tanıyır və onunla əvvələr ədavəti olmayıb: "Oktyabrın 25-də, gecə saat 23-24 radələrində piyada evə gedirdim. Çayxananın qarşısında Kəbir Salahovla rastlaşdım. O, məni yanına çağırdı. Söhbət zamanı Kəbir mənimlə zarafat etdi. Söhbət zamanı Kəbir Salahov "uşaq vaxtı sənin başına oyun açıblar", -deyəndə aramızda mübahisə baş verdi. Daha sonra Kəbir oradan getdi. Təxminən 15-20 dəqiqədən sonra Kəbir yenidən Mahrasa bağında yerləşən "Şəmis" şadlıq evinin qarşısında göründü. Həmin vaxt Şöhrət İsmayılov Kəbir Salahovun idarə etdiyi avtomobildə, arxa oturacaqda oturmuşdu. Söhbət zamanı Kəbirlə yenidən mübahisəmiz yarandı. Bu zaman Kəbir yenə də "uşaq vaxtı sənin başına oyun açıblar", -deyə bildirən zaman aramızda mübahisə düşdü. Bundan sonra Kəbirlə avtomobildən düşdük və bir qədər aralandıq. Çingizlə Şöhrət isə avtomobildə qaldılar. Kəbir yenə də mənə təhqir edici sözlər dedi. Onun təhqirlərinə dözmədim. Özümdə olan bıçaqla Kəbiri vurdum".
"Öldürmək fikrim olmayıb"
Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisəni törədəndən sonra Şöhrətlə birlikdə Gürcüstan Respublikasına gedib. O, əməlindən peşman olduğunu, Kəbirlə arasında dava olmadığını deyib. Rasim Məmmədov əlavə edib ki, Kəbir Salahovu vuran zaman onu öldürmək fikri olmayıb.
"Zarafatlarımız sonradan mübahisəyə çevrildi"
Zərərçəkmiş Kəbir Salahov deyib ki, hadisə baş verən günü dostu Çingiz Allahverdiyevlə birlikdə Gəncə şəhəri Mahrasa Bağında yerləşən çayxananın qarşısında dayanıb: "Çingizlə söhbət edirdik. Bu zaman Rasim Məmmədov bizə yaxınlaşdı. Söhbət zamanı bir-birimizlə zarafat etməyə başladıq. Zarafatlarımız sonradan mübahisəyə çevrildi. Bundan sonra Çingizlə aralanıb getdik. İdarə etdiyi avtomobillə Çingizi Mərkəzi Univermağın yaxınlığında yerləşən evinə aparan zaman Rasim Məmmədov zəng etdi. O, mənimlə görüşmək istədiyini bildirdi. Məni Gəncə şəhəri Mahrasa Bağında yerləşən "Şəms" Şadlıq Sarayının qarşısına çağırdı. Çingiz Allahverdiyevlə birlikdə Rasim Məmmədovun dediyi yerə getdim. Həmin yerdə Rasim Məmmədov dostu Şöhrət İsmayılovla birlikdə idarə etdiyi avtomobildə oturmuşdular. Avtomobildə olan zaman Rasim Məmmədovla aramızda narazılıq baş verdi. Rasimlə birlikdə avtomobildən düşərək bir qədər kənarda söhbət etdik. Həmin vaxt Rasim Məmmədovla aralarında mübahisə yarandı. O, məni bıçaqla vuraraq xəsarət yetirdi. Bundan sonra Çingiz Allahverdiyev idarə etdiyi avtomobili ilə məni Təcili Tibbi Yardım Xəstəxanasına apardı".
3 il cəza narazılıq yaratdı
Məhkəmə şahid ifadələrini dinlədikdən sonra hökm elan edib. Məhkəmənin hökmü ilə Rasim Məmmədov 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən Rasim Məmmədov narazı qalıb və apelyasiya şikayəti verib. Rasim Məmmədovun vəkili Tünzalə Vəliyevanın imzası ilə Gəncə Apelyasiya Məhkəməsinə daxil olan şikayətdə qeyd olunub ki, təqsirləndirilən şəxsin barəsində daha yüngül cəza təyin olunmalıdır.
Apelyasiya şikayəti hakim Çingiz Məmmədovun sədrlik etdiyi kollegiyada araşdırılıb. Tünzalə Vəliyeva apelyasiya şikayətini müdafiə edərək işin hallarını diqqətə çatdırıb. O, qeyd edib ki, xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurduğuna görə ibtidai istintaq orqanı tərəfindən Rasim Məmmədov cinayət məsuliyyətinə cəlb edilib: "Buna görə də Rasim Məmmədova Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ittiham elan olunub".
Vəkil işin hallarını məhkəmə kollegiyasının diqqətinə çatdırdıqdan sonra apelyasiya şikayətinin dəlillərini açıqlayıb. Apelyasiya şikayətinin dəlillərini sadalayan vəkil Rasim Məmmədovun barəsində daha yüngül cəzanın təyin olunmasını istəyib. Hakimlər bütün tərəfləri dinləyəndən sonra qərar elan edib. Qərara görə, Rasim Məmmədovun apelyasiya şikayəti qismən təmin edilib və onun cəzası 1 il 6 aya endirilib.
Hacı Zeynalov
-
Magazin105:25
“Əziyyətimizi çox pis şəkildə yerə vururlar”
-
İdman02:42
"Çelsi" Ermənistan klubunu DARMADAĞIN ETDİ
-
Qarabağ 02:22
"Şuşa" həbsxanası ilə bağlı yeni xəbər - VİDEO
-
MDB01:41
Rusiya dollar və avrodan imtina edir? - Putin DANIŞDI
-
Magazin100:30
Günayı məhkəməyə verdilər - FOTO
-
MDB7 Noyabr 23:36
COP29-da Rusiya nümayəndə heyətinə o rəhbərlik edəcək - FOTO
-
İKT7 Noyabr 23:00
Yeni dələduzluq növü yayılıb? - Polis XƏBƏRDARLIQ ETDİ
-
Ekologiya7 Noyabr 20:00
Bayram günlərində hava necə olacaq? - PROQNOZ