Xüsusi
“Yeni Müsavat Partiyasının yaranması an məsələsidir” - “Kapitan Media”da Rauf Arifoğlu ilə YUBİLEY MÜSAHİBƏSİ
Publika TV bu gündən “Kapitan Media” adlı yeni layihəyə başlayır. Layihədə ölkə jurnalistikasının öndə gələn mətbuat və media rəhbərlərinə, baş redaktorlarına ən müxtəlif sahələri əhatə edən suallar ünvanlayacağıq. Bir sözlə, maraqlı müsahibələrlə tez-tez görüşünüzə gələcəyik.
Layihəmizin ilk qonağı “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğludur. Rauf bəyin gələn ay 55 illik yubileyidir. Yubilyarla yubiley müsahibəsi etdik. İstədik ki, ömrünün 32 ilini Azərbaycan jurnalistikasının inkişafına həsr etmiş bir şəxsi elə birinci biz təbrik edək.
Müsahibənin əsas məqamlarından hissələri sizinlə bölüşürük.
- 55 yaşım 23 iyulda – Milli Mətbuat Günündən bir gün sonra olacaq. 55 illiyimin ilk təbriki sizdən gəldi.
***
- Bugünkü Müsavat Partiyasında olan adamların hamısı mənim qurduğum təşkilata gələnlərdir. Yəni, mən heç yerə getmədim. Sadəcə olaraq iki layihəm var idi, biri “Yeni Müsavat”, o biri Müsavat Partiyası… Bu layihələrin biri ilə davam etdim…
- Müsavat Partiyasından 26 il sonra ayrılmışam. İnsan bəzən heç 26 il yaşamır, dünyasını dəyişir. Müsavat adını “dünyasını dəyişməyə” qoymamaq, başqa çirkli vasitələrdə istifadə etməmələri üçün… daha yaxşı hesab etdiyim istiqamətdə irəlilədim.
- Müsavatçılıq Prezidentimizin apardığı kursdur, Arif Hacılının apardığı kurs deyil.
- Yeni Müsavat Partiyasını yaratmağım an məsələsidir… Sadəcə, hələlik buna ehtiyac duymuram, çünki dövlətimin kursundan razıyam. Elə bir kritik situasiyanı hiss etmirəm. Hiss etsəm, təbii ki, bu addımı atacağam.
Müsahibənin tam versiyasına aşağıdakı videodan baxa bilərsiniz:
Tural Turan
Fotolar: Ceyhun Rəhimov
Video: Röyal Adıgözəlov
Montaj: Ramazan Vəliyev
-
Qoroskop00:00Günün ULDUZ FALI - Ailə məsələləri sizə əlavə xoşbəxtlik gətirəcək
-
Hadisə8 Oktyabr 23:48Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır - FOTO
-
İKT8 Oktyabr 23:36Azərbaycanda ən populyar süni intellekt çat-botu açıqlandı
-
Avropa8 Oktyabr 22:48İordaniya şahzadəsinin zinət əşyaları görün kim oğurlayıb
-
MDB8 Oktyabr 21:48İki rus 18 nəfəri oğurlayaraq köləlikdə saxladılar
-
İdman8 Oktyabr 21:36Messini yadplanetli adlandırdılar
-
Nida Xəbər 8 Oktyabr 20:36Əliyev və Paşinyan masa ətrafında danışdılar - VİDEO
-
Magazin18 Oktyabr 20:00"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - VİDEO





































