ABŞ
Sülhə ümid bitir – ABŞ müharibəyə hazırlaşdığını ELAN ETDİ
ABŞ Koreya Xalq Demokratik Respublikasına (KXDR) qarşı yeni sanksiyalar hazırlayıb.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Senatın beynəlxalq komitəsində ABŞ-ın dövlət katibi Mayk Pompeo bildirib.
“Mən əminəm ki, əlavə sanksiyalar olacaq. Biz sanksiyaların tətbiqini başqa ölkələrdən də xahiş edəcəyik”, - Pompeo deyib.
ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) isə bəyan edib ki, KXDR-yə maksimal hərbi təzyiqi göstərməyə davam edəcəklər. ABŞ ordusunun Birləşmiş Qərargahlar Komitəsinin nümayəndəsi, general-leytenant Kennet Makkenzi hərbi təzyiq olaraq müttəfiqlərlə təlimlərin keçirilməsi, həmçinin Cənubi Koreyada yüksək hazırlıqlı güclərin yerləşdirilməsi planlaşdırılır.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen In ilə keçirilməsi planlaşdırılan görüşünü ləğv edib. ABŞ prezidenti bu haqda bu gün Şimali Koreya liderinə yazdığı məktubunda bildirib.

Donald Tramp məktubunda hazırkı şəraitdə görüşün reallaşmasının uyğun olmadığını vurğulayaraq bu səbəbdən təxirə saldığını qeyd edib.
“Sammitin təxirə salınması ilə dünya ictimaiyyəti Yer kürəsində daimi sabitlik üçün gözlənilən fürsəti qaçırdı. Bir gün sizinlə görüşməyi böyük ümidlə gözləyirəm”, - dövlət başçısı məktubunda bildirib.
Xatırladaq ki, Pxenyan mayın 15-də Vaşinqtonu ABŞ-KXDR sammitini ləğv etməklə hədələyib. Sammitdən imtinaya səbəb kimi Seul və Vaşinqtonun birgə hərbi təlimləri göstərilib. KXDR həmçinin bildirdi ki, Pxenyan mayın 16-da Cənubi Koreya ilə keçirilməsi planlaşdırılan yüksək səviyyədə danışıqları ləğv edir.
Tramp KXDR-in lideri ilə görüşün iyunun 12-də Sinqapurda olacağını bildirmişdi.
Daha əvvəl Şimali Koreyanın Xarici İşlər Nazirliyinin başçısının birinci müavini Kim Qe Qvan bildirib ki, Pxenyan ABŞ-la o şərtlə danışıqlar aparacaq ki, Amerika prezidenti Donald Tramp yalnız nüvə problemini həll etməyi deyil, həm də Pxenyanla münasibətləri qaydaya salmağı istəsin. O həmçinin əlavə etdi ki, Koreya Xalq Demokratik Respublikası denuklearizasiya haqqında birtərəfli tələblərlə dialoqda maraqlı deyil.
Pxenyanda hesab edirlər ki, danışıqların nəticələri Şimali Koreya iqtisadiyyatının inkişafına impuls verməlidir. Eyni zamanda, Kim Çen In böyük risk qarşısındadır. Axı hərbçilər nüvə proqramından imtinanı məğlubiyyətə bərabər hesab edəcəklər və bu, onun nüfuzunda mütləq təsir edəcək.
Ömər
-
ABŞ03:18Tramp bu dəfə Obamaya söz atdı
-
Qoroskop01:40Günün ulduz falı: üzünüzə şans qapısı açılacaq
-
Magazin124 May 20:46Azərbaycanlı müğənni 3-cü dəfə evlənir
-
İdman24 May 20:18Portuqaliyalı baş məşqçi Azərbaycan klubundan ayrıldı - Haqqımda xəbər yayılmışdı ki...
-
Kriminal24 May 18:4821 yaşlı qadın qətlə yetirildi, əri saxlanıldı - Video/Təfərrüat
-
Magazin124 May 18:36"Küçədə uşağıma elə sözlər dedi ki..." - Aparıcının həyat yoldaşı od püskürdü
-
Ekologiya24 May 17:30Azərbaycanın bu ərazilərinə qar yağacaq
-
Region24 May 16:28Polis CHP-nin binasına girməyə çalışır - VİDEO
























.jpg)










