Elm və təhsil
Trampın qızının heyran qaldığı Reyhan Camalova kimdir? - DOSYE
Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitdə akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot siniflərinin (İstək liseyi) 9-cu sinif şagirdi, 15 yaşlı Reyhan Camalova ixtirası ilə qatılıb və böyük uğura imza atıb.
Bəs qısa zamanda müsabiqədə diqqət çəkən Reyhan Camalova kimdir?
Publika.az Reyhan Camalova haqqında məlumatları təqdim edir.
Reyhan Rauf qızı Camalova 17 noyabr 2002-ci il tarixində Quba şəhərində ziyalı ailəsində anadan olub. 2009-cu ildə Quba şəhərində A.Məmmədov adına 2 saylı təbiət-təmayüllü məktəb-liseyə qəbul olub. 2015-ci ildə İSTƏK liseylərinə keçirilən qəbul imtahanında Quba-Xaçmaz iqtisadi rayonu üzrə ən yüksək nəticə göstərib. Əldə etdiyi nəticəyə görə 100% təqaüdlə (tamamilə ödənişsiz) İSTƏK liseyində təhsil almaq hüququ qazanıb. Reyhan Camalova hazırda Gənclik İSTƏK liseyinin IX sinif şagirdidir.
Reyhan Camalova 2017-ci ilin fevral-mart aylarında İSTƏK liseylərində “Social Innovation Lab”ın rəsmi təşkilatçılığı ilə keçirilən “ClimateLaunchpad” startap akselerator proqramının təqdimatında iştirak edib. O, daha sonra Azərbaycanda ilk dəfə keçirilən “ClimateLaunchpad - startap yaşıl biznes” müsabiqəsinə öz “Rainergy” layihəsi ilə qatılıb. “Rainergy” layihəsi “ClimateLaunchpad startap”müsabiqəsinin Azərbaycan finalında “Tamaşaçıların ən sevimli startapı” mükafatını qazanıb. Eyni zamanda o, layihə çərçivəsində keçirilən “Yeni fikir“müsabiqəsinin finalında iştirak edib.
Hazırda Reyhan Camalova 28-30 noyabr 2017-ci ilin tarixlərində ABŞ və Hindistanın birgə təşkilatçılığı ilə Hindistanda təşkil olunan “Qlobal Sahibkarlıq Sammiti 2017” “Rainergy” layihəsi ilə Azərbaycanı təmsil edir. ABŞ prezident Trampın baş müşaviri və Prezidentin Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitindəki nümayəndəsi İvanka Tramp Reyhan Camalovanı təqdim edib: "Azərbaycandan olan Reyhan Camalova da bu gün bizimlə birlikdədir. Reyhanın 15 yaşı var. Lakin belə gənc yaşda olması onu yağış suyundan enerji istehsal edən şirkətini yaratmaqdan çəkindirmədi. Reyhanın güclü bir şüarı var – "Hər dəfə bir evi işıqlandır.” Reyhan, sənin işıqlandırdığın hər bir ev dünyanı işıqlandırır. Sənin parlaq zəkan və gərgin əməyin bizim hamımızı ruhlandırır. Təşəkkür edirəm. Lütfən, ayağa qalx!”.
Reyhan öz məktəbli dostları və fizika müəllimləri ilə birlikdə
yağış suyundan enerji istehsal edən Reynerci (Rainergy) qurğusunu
yaradıb. Qurğu dörd əsas hissədən: yağış suyunun kollektoru, su
çəni, elektrik generatoru və batareyadan ibarətdir. Yağış suyu
kollektoru su çənini yağış suyu ilə doldurur, su isə elektrik
generatorunun içi ilə böyük sürətlə axaraq elektrik enerjisi
yaradır. İstehsal olunan enerji akkumulyatorlarda toplanır,
elektrik şəbəkəsinin xətlərinə düşən təzyiqi azaldır və ehtiyacı
olan icmalara elektrikdən istifadə etmək üçün əlavə mənbə
verir.
Qlobal Sahibkarlıq Sammiti dünyanın hər yerindən yeni sahibkar,
sərmayəçi və dəstəkləyiciləri bir araya gətirən məşhur ənənəvi
illik sahibkarlıq tədbiridir.
-
Sosial12:46Pensiya yaşı ilə bağlı deputatdan təklif: 3 və daha çox uşağı olanlar...
-
İdman12:40“Qarabağ”ın ingilislərlə 8-ci dueli: 10 illik həsrət bitəcək?
-
MDB11:30Moskvada görüş: Şoyqu Azərbaycan və Ermənistandan olan həmkarları ilə nəyi müzakirə edəcək?
-
Nida Xəbər 11:06Mirzoyan sülh müqaviləsindən danışdı: Bu, üçüncü dövlətlərə imkan verməyəcək ki...
-
Magazin210:24Xalq artistinin biznesi təhlükədə: Qızının adını daşıyan brend əldən gedir - FOTO
-
Dünya09:00“Taurus” raketlərinin Ukraynaya verilməsi riski barədə XƏBƏRDARLIQ: "MI6 nəsə hazırlayır"
-
Dünya07:47Qocalar evində FACİƏ: 10 nəfər öldü, 20-yə yaxın yaralı var
-
Magazin106:16Oğlu Zaura ŞƏRT QOYDU: "Səhnəni tərk edəcəyəm" - VİDEO










.jpg)




























