Dünya
Ölüm körpüsü və qəzəbli ruhların LƏNƏTİ - Azərbaycanın qədim şəhərindən REPORTAJ
Azərbaycan torpaqlarını işğal edən Ermənistanda
insanların necə yaşadığı, hansı problemlərlə üzləşdiyi, diktatura
rejiminin altında əzildiyi haqda məlumatlarla tanışıq. Lakin
Rusiyanın “Moskovskaya komsomolskaya” nəşrinin müxbiri Artur
Avakovun İrəvandan hazırladığı reportaj düşmən ölkə haqda dəhşətli
faktları ortaya çıxarır.
Publika.az həmin reportajı təqdim edir:
Sarkisyana qəddar zarafat
Ermənistan – yerlilər onu Hayastan adlandırır – Rusiyanın tək
müttəfiqidir. Bununla belə respublikada hər il Moskvaya qarşı
etirazlar baş verir. Bu ölkədə siyasi sistem Rusiya ilə çox
oxşardır. Rusiyada “Vahid Rusiya” olduğu kimi, burada da Respublika
Partiyasının “analoqu” yoxdur. Rusiyadan Ermənistanı yalnız bir
fərq ayırır: burada Azərbaycanı və Türkiyəni sevmirlər, yaxud da
dövlətin siyasətinə uyğun yaranmış mənzərə belədir. Sonuncu
parlament seçkilərində hakim partiya seçkini uddu. Lakin bu qələbə
haqda ermənilər arasında olduqca qəddar zarafat yaranıb: “Bir
hamıya, hamı birə”.
Ermənilər baş verənlərdən iki gün sonra xəbər
tutur
Real müxalifət hesab olunan “Yelk” bloku (Çıxış) hakimiyyətlə
əməkdaşlıqdan imtina edir. Onlar qiymətlərə etirazla
məşhurlaşdılar. Hətta dəfələrlə uğurlu etiraz aksiyaları keçirərək,
7-10 min insanı meydanlara çıxa biliblər. Lakin dəhşətli fakt odur
ki, İrəvan sakinləri hakimiyyətə qarşı belə aksiyalardan çox gec
xəbər tutur. Misal üçün, 2016-cı ildə polis alayının tutulması
xəbəri sadə ermənilərə 2 gün sonra çatdı. Bu, hakimiyyətin
informasiyanı blokadaya almasından irəli gəlir. Amma ermənilərin
çoxu siyasətlə maraqlanmır və populist bəyanatlara inanırlar.
“Yaza qədər heç birimiz sağ çıxmayacağıq”
“Zvartnos” hava limanından şəhərin məkəzinə gedəndə yolboyu atılmış
sellofan paketlər, siqaret qutuları, boş butulkalar addımbaşı yerə
səpilib. Yol kənarında köhnəlmiş daxmalar, SSRİ-nin dağılmasından
sonra qalmış xarabalıqlar “göz oxşayır”. Bu qış Ermənistanda çox
sərt keçdi. Termometr mənfi 25 dərəcəyə qədər düşdü, şaxtada
insanlar sözün əsil mənasında, buz bağlayırdı. Yerli sakinlər
danışır ki, qışda hər kəs “Yaza qədər heç birimiz sağ çıxmayacağıq”
deyə bildirirdilər, şəhər ölülər məskənini xatırladırdı. Çoxları
inanır ki, İrəvan qəzəbli ruhlar tərəfindən lənətlənib. Nə qədər
qəribə görünsə də, bu,sağ qalmağa çalışanların düşüncəsidir.
Kədərli dilənçilər və 30 ilin avtobusları
İrəvanın mərkəzində kədərli dilənçilər addımbaşı insanın qarşısına
çıxır. Ən pisi odur ki, onlar kənarda sakit oturub dilənmirlər,
adamdan zorla pul tələb edirlər. Ermənistandakı ümumi mənzərəni
belə xarakterizə etmək olar: kiçik qrup zəngin insanlar və
yoxsulluq, səfalət içində yaşayan çoxluq. Misal üçün, Ermənistanda
9 gün qaldığım (Artur Abakov) “Turist” mehmanxanasında bir neçə
xarici maşın gözə dəydi, lakin iki sovet avtobusunun korteji daha
çox diqqət çəkirdi. Hansı ki, bu avtobusların sonuncu buraxılışı
1985-ci ildə olmuşdu.
Ermənilərin lənəti
Ermənistanda orta maaş rəsmi rəqəmlərə görə, 185 min dramdır. Lakin
reallıqda çox az adam bu pulu alır, əksəriyyətin maaşı isə bunun
yarısı qədərdir. Digər rəsmi rəqəmlərə görə, pensiyaçı 41 min dram
alır. Halbuki, qışda İrəvan sakinləri təkcə təbii qaza 60 min dram
pul ödəyirlər. Belə sual yaranır: axı onlar necə sağ qalırlar?
Qohumların xaricdən göndərdiyi pulun hesabına. Cavab budur.
Xaricdən göndərilən hansısa yardım pulları qurtuluş deyil, bu,
respublikanın lənətidir. Rubllar, dollarlar, avrolar insanları
acından ölməməkdən xilas etsə də, bu, onları inkişaf stimulundan
məhrum edir. Tez-tez valideynlər öz övladlarını xaricə iş dalınca
göndərir.
İntihar körpüsü
Əlbəttə, çoxları bu vəziyyətlə barışmır, lakin etiraz etmək də
mümkün deyil. İrəvanda yoxsulların yeganə çıxış yolu Kiyev
körpüsüdür: hər il onlarla insan bu körpüdən atılaraq özünü
öldürür, bir o qədəri də intihara cəhd edir. Ermənistanın Fövqəladə
Hallar Nazirliyinin rəsmi məlumatına görə, 2014-cü ildə 155 insan
Kiyev körpüsündən atılaraq intihar edib. 2015-ci ildə bu rəqəm 195,
2016-cı ildə isə 197 olub. Müqayisə üçün, “aprel müharibəsi”ndə
ölənlər haqda rəsmi məlumatı göstərmək olar: 106. (Təbii ki,
Ermənistanın itkiləri bu rəqəmdən qat-qat çox olmuşdu, lakin
bilərəkdən gizlədilirdi).
Ermənistanda əhalinin çox hissəsi faktiki olaraq yaşamır, lakin
onların adları qalır. İrəvanda az da olsa iş tapmaq mümkündür,
lakin kənd yerlərində insanlar torpağı əkməklə sağ qalırlar.
Dağlarda isə sağ qalmaq daha çətindir.
Asif Nərimanlı
-
Sosial12:05
20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olundu
-
Sosial11:25
Köhnə binaların aqibəti necə olacaq? - Eldar Əzizov açıqladı
-
Sosial10:50
Bakıda yumurta qəhətə çəkildi - Kəskin bahalaşacaq
-
MDB10:30
Rusiyada bu azərbaycanlıların sürücülük vəsiqəsi etibarsız sayılacaq
-
Nida.az09:08
Rusiya təyyarəsi Bakıda məcburi eniş etdi
-
Dünya08:36
FİLM KİMİ OLAY: Ev pişiyi sahibini işindən məhrum etdi
-
MDB08:12
Sərnişin təyyarəsi Kazan hava limanına ENƏ BİLMƏDİ
-
Magazin205:45
Demetdən Rzanın toyuna getməsi xəbərinə reaksiya - FOTO