Dünya
Suriyada müharibə hələ indi BAŞLAYIR - Moskva ABŞ-ın planını AÇIQLADI
Birləşmiş Ştatlar Suriyadakı bazalarından birindən terrorçuların hazırlığı üçün istifadə edir.
Publika.az “Russia Today” kanalının saytına istinadən xəbər verir ki, bunu Rusiya Silahlı qüvvələrinin Baş qərargahının başçısı Valeri Gerasimov “Komsomolskaya Pravda” nəşrinə müsahibəsində danışıb.
Generalın sözlərinə görə, bu barədə informasiyalar kəşfiyyat tərəfindən əldə edilib. O qeyd edib ki, söhbət Xüms əyalətindəki Et-Tanf bazasından gedir.
“Kosmik və kəşfiyyatın başqa növlərinin köməyilə əldə edilən məlumatlara görə, bu bazada döyüşçülərin dəstələri var. Onlar orada faktiki olaraq hazırlıq görürlər”, - Gerasimov bildirib.
General qeyd edib ki, baza olduqca əlverişli ərazidə - Suriya, İordaniya və İraqın sərhədində yerləşir. Burada müxtəlif qruplaşmalardan, əsasən İŞİD-dən olan ekstremistlər sığınacaq tapırlar. Gerasimov qeyd edib ki, onlar Amerika təlimatçılarının rəhbərliyi altında yalnız öz adlarını dəyişdirirlər, ancaq hədəflər əvvəlki kimi qalır.
“Bu, faktiki olaraq İŞİD-dir. Amma aparılmış işdən sonra onlar boyanırlar, “Yeni Suriya Ordusu” və başqa adlar götürürlər”. Onların əsas vəzifəsi stabilliyi pozmaqdır”, - Baş qərargah rəisi deyib.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Onun sözlərinə görə, Et-Tanf bu hədəflər üçün istifadə edilən Birləşmiş Ştatların tək bazası deyil. Suriyanın şimali şərqində, Haseke əyalərində Şaddadi adlı düşərgə də bu işə xidmət edir. Düşərgə haqqında Suriyada tərəflərin barışığı üzrə Rusiya Mərkəzi daha əvvəllər də xəbərdarlıq edib. Mərkəzdən qeyd edirdilər ki, ABŞ-ın nümayəndələri döyüşçülərin hazırlığını artıq yarım ildən çoxdur aparırlar.
“İŞİD-dən azad edilmiş ərazinin yerli sakinlərinin məlumatına görə, bu düşərgə artıq yarım ildən çoxdur ki, döyüşçülərin hazırlandığı baza kimi beynəlxalq koalisiya tərəfindən istifadə olunur”, - dekabrın 16-da verilən bəyanatda deyilirdi.
Vurğulanırdı ki, ekstremistlərin əsas skeletini İŞİD-in döyüşçüləri (400-dən çox) təşkil edir. Onlar bu ilin oktyabrında Rakkadan çıxarılıblar. Döyüşçülərin amerikalıların himayəsi altında Rakkadan çıxarılması Böyük Britaniyanın BBC telekanalının araşdırmasında da yer alıb.
“Yerli sakinlərin sözlərinə görə, Amerika təlimatçıları hazırlıq kursunun tamamlanmasından sonra yaradılan qruplaşmaların Suriya hökumət qoşunları ilə mübarizə üçün Suriyanın cənubuna göndəriləcəyini elan ediblər”, - Suriyada tərəflərin barışığı üzrə Rusiya Mərkəzi bildirib.
Ekspertlər və siyasətçilərin sözlərinə görə, İŞİD terrorçularının tamamilə məhv edilməsi Birləşmiş Ştatlar üçün əlverişli deyil.
“ABŞ İŞİD terrorçularının məhv edilməsində maraqlı deyil, çünki onlardan öz hədəfləri üçün istifadə edirlər. ABŞ-ın Suriyadakı hədəfləri dəyişməyib: məhz Bəşər Əsədin devirilməsi”, - Rusiya Dövlət Dumasının müdafiə və təhlükəsizlik komitəsinin sədr müavini Yuri Şvıtkin qeyd edib.
O hesab edir ki, bu güclər Vaşinqtonun hədəfləri üçün faydalı olmasa, onda ABŞ Suriyadakı hərbi səhnəyə şəxsi giriş yollarını fikirləşməli olacaq.
Valeri Gerasimov mətbuat konfransında həmçinin Amerika qırıcılarının Suriya səmasında təhlükəli oyunundan danışıb. Onun sözlərinə görə, ABŞ-ın F-22 “Raptor” qırıcıları tez-tez Rusuiyanın Su-25 qırıcılarına təklükəli dərəcədə yaxınlaşır.
Ömər Dağlı
-
Magazin204:44
Türkiyəli milyarderin aktrisa gəlini dar libasda pozalar verdi
-
İdman03:43
Qvardiola özünü cırmaqladı - FOTO
-
Magazin103:13
“Məni döyən hələ anasından olmayıb” - Aygünlə Yaşar efirdə dalaşdılar / VİDEO
-
Sosial02:42
"Temu"dan şikayət DURMADAN ARTIR - Aldanmamaq üçün nələrə diqqət etməliyik? / VİDEO
-
Hadisə01:41
Azərbaycanda təcili yardım avtomobili qəzaya düşdü - Yaralılar var / FOTO
-
Sosial00:45
Vəzifəli şəxs işdən çıxarıldı - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Subayları romantik görüş gözləyir
-
Magazin100:00
Qalmaqallı görüntülərindən DANIŞDI: "Yanımdakı bəy ərəb deyil..." - VİDEO