Dünya
Yeni cəbhə açılır - Lavrovdan BƏYANAT
“Ən-Nüsra” Cəbhəsinin dağıdılması İŞİD-ə həlledici zərbədən sonra Suriyada terrorçuluğa qarşı əsas məsələdir.
Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov “Suriya sabah” müxalifət hərəkatının lideri Əhməd Carboyla görüşdə deyib.
“İŞİD-ə həlledici zərbə vurulub. Hərçənd döyüş meydanından qaçmış döyüşçülər Suriyadan xaricə çıxmağa çalışırlar. Amma aydındır ki, əsas mübarizə arxada qalıb. İndi, əlbəttə, “Ən-Nüsra” Cəbhəsinin dağıdılması terrorçuluğa qarşı əsas məsələdir”, - Lavrov əlavə edib.
Daha əvvəl Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib ki, İŞİD-in döyüşçüləri Suriya və İraqdan qonşu ölkələrə gedirlər.
“Təşkilatın döyüşçüləri Əfqanıstanda möhkəmlənir. Onlar oradan İran, Çin, Hindistan, Mərkəzi Asiya və Rusiyaya sıza bilərlər”, - Təhlükəsizlik Şurasının katibi deyib.
Ömər Dağlı
-
Region14:26Paşinyanın xaş qonaqlığı narazılıq yaratdı - VİDEO
-
Səhiyyə14:18Əhliman Əmiraslanov: Növbə gözləyən xəstələrin sayı kifayət qədər çoxdur!
-
Yaxın Şərq13:33Xarici işlər nazirindən İran xəbərdarlığı: İkinci raund daha dağıdıcı olacaq!
-
Ekologiya13:06Noyabrın ilk gününün hava proqnozu açıqlandı
-
Sağlamlıq12:58Məşhur diyetoloqdan ideal səhər yeməyi resepti: Tək kəsmik yetərli deyil
-
Avropa12:26Konstitusiya Məhkəməsinin ərazisinə girən etirazçılar saxlanıldı
-
Region10:48Hakkaridə Türkiyə əsgəri öldürüldü
-
Hadisə10:31Şahdağa qar yağdı - Faktiki hava






























.jpg)
.jpg)
